Trofimçuk: “Əliyev Vyanada ruslara ciddi mesaj verdi” İlham Əliyev və Serj Sərkisyanın iyun görüşü ola da, olmaya da bilər.

Trofimçuk: “Əliyev Vyanada ruslara ciddi mesaj verdi” İlham Əliyev və Serj Sərkisyanın iyun görüşü ola da, olmaya da bilər.
Trofimçuk: “Əliyev Vyanada ruslara ciddi mesaj verdi”
İlham Əliyev və Serj Sərkisyanın iyun görüşü ola da, olmaya da bilər.

Xeberdar.net xəbər verir ki, bunu “Moskva-Baku” portalına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, bu görüşə hər kəsdən öncə Azərbaycan hazışır:
“Ermənistan iyun görüşündə heç nə həll etmək istəmir. Bu istək aprel hadisələrindən sonra daha da aktivləşib. Əgər birdən Serj Sərkisyan təzyiqlə və ya heç bir təzyiqsiz nəsə etsə, böyük problemlərlə qarşılaşacaq. Həmin dəqiqə Sərkisyanı torpaqları verməkdə günahlandıran müxalifət baş qaldıracaq. Artıq Vyanada bir sıra məsələlər razılaşdırılmalı idi. İstənilən halda iyun görüşü formal olacaq. Yəni ən yaxşı halda görüş baş tutacaq. Nəticədə danışıqların bütün regional iştirakçıları – Azərbaycan, Ermənistan və Rusiya üçün çətin situasiya yaranacaq. Əslində, kiminsə Azərbaycana torpaq qaytarmağa hazırlaşmasına inanmaq sadəlövhlük olardı. Amma hər şeyə rəğmən, Azərbaycan Vyanada ciddi addım atdı. O, ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin yanında Rusiyaya mesaj verdi ki, əgər nəsə olsa, kömək üçün Amerikaya müraciət edəcək”.
Politoloq bildirib ki, ABŞ-ın yardımı real olmayacaq:
“Dövlət Departamenti köməyə söz verər, amma sonra Bakıya “kömək görüntüsü" nümayiş etdirər... Yəni bu, sadəcə, imitasiya olacaq. Əgər İrəvan Vaşinqtonun xeyrinə addım atmasa, o zaman Sərkisyana Ermənistan daxilindən müxalifət vasitəsilə təzyiq ediləcək. Amerika heç vaxt hansısa torpağı geri qaytarmağa yardım etmir. Burada yeganə istisna Şərqi Almaniyadır”.

Trofimçuk: “Əliyev Vyanada ruslara ciddi mesaj verdi” İlham Əliyev və Serj Sərkisyanın iyun görüşü ola da, olmaya da bilər.

  • 25-05-2016, 10:19
  • 627


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "...Hərbçilərin əmək haqlarının yarıbayarı azaldılması səhv qərardır. Onlar indi də təhlükə ilə üz-üzədir..." - MÜTƏLLİM RƏHİMLİ
  2. Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayanıb.
  3. Fişəng atan şəxs müəyyən edilərək saxlanılıb
  4. Sübuta yetirilməyən və qanunsuz sübutla yazılan cərimələrə xitam veriləcək
  5. "Hər gün 30-dək meyitin ekspertizası keçirilir" - "Döyüşdə öldürülən 766 erməni hərbçi tanınmaz haldadır"
  6. Ukraynanın türk PUA-sına ümidləri:RUSİYALI EKSPERT BƏDBİN PROQNOZLARI İLƏ DONBASDA "QARABAĞ SSENARİSİ"Nİ ŞÜBHƏYƏ ALIR
  7. Sabah hava necə olacaq? –Proqnoz
  8. Gənclər və idman naziri Azad Rəhimov komaya düşüb
  9. Korrupsiyaya qarşı Mübarizə idarəsi əməkdaşları Salyan və Masallıda əməliyyat keçirdi. - SAXLANILANLAR VAR!
  10. DİN SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI