Prezidentdən yanğın tapşırığı- Günahkarlar cəzalandırılsın

Prezidentdən yanğın tapşırığı- Günahkarlar cəzalandırılsın


Binəqədi rayonunda baş vermiş yanğın Prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub.

Xeberdar.net azxeber.com-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O, bildirib ki, cənab Prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib. Hazırda Səhiyyə Nazirliyi yanğından xəsarət almış şəxslərə təcili tibbi yardım göstərilməsi ilə bağlı tədbirlər görür.

Əli Həsənov qeyd edib ki, cənab Prezident Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib. Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək.

Əli Həsənov deyib ki, Prezident İlham Əliyev yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, həmçinin onların dəfninin və yas mərasimlərinin dövlət hesabına təşkili məsələsini Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıb.

Prezidentin köməkçisi bildirib ki, bu cür hallara yol verilməməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə yaxın gələcəkdə bütün lazımi tədbirlər görüləcək.

Prezidentdən yanğın tapşırığı- Günahkarlar cəzalandırılsın

  • 19-05-2015, 17:07
  • 912


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI