Bərdənin İcra başçısı şəhid pulu yığır-İDDİA

[b]Vidadi İsayev aprel döyüşlərində şəhid ailələrinə yardım adı altında idarə və müəssisə rəhbərlərindən 500 manatdan pul toplatdırır[/b
Bərdənin İcra başçısı şəhid pulu yığır-İDDİA
Bərdənin icra başçısı Vidadi İsayev bu dəfə şəhid ailələri üzərindən pul qazanmağı qarşısına hədəf qoyub. Bu barədə JAM.AZ-a rayondan məlumat verilib.
Məlumatda deyilir ki, aprel döyüşlərində şəhid olmuş Bərdə sakinlərinin ailələrinə yardım göstərilməsi məqsədiylə Vidadi İsayev bütün yerli idarə və müəssisə rəhbərlərinə göstəriş verib. JAM.AZ-a daxil ola məlumatda vurğulanır ki, Bərdənin icra başçısının təlimatına əsasən hər bir idarə rəhbəri 500 manat pul verməlidir. Həmin pullar isə guya, şəhid ailələrinə veriləcək. Halbuki həmin pulun cüzi bir hissəsi şəhid ailələrinə verilib. Yerdə qalan hissəsi isə icra başçısı ilə əyan-əşrəfi arasında bölüşdürülüb.
Məlumatda deyilir ki, pul yığılması prosesinə Vidadi İsayevin sağ əli sayılan, İcra Hakimiyyətində ərazi-idarəetmə şöbəsinin müdiri Zaur Bəylərov rəhbərlik edir.
Qeyd edək ki, hələ heç bir rayonda icra başçısı şəhid ailələrinə yardım adı ilə belə bir addım atmayıb. Vidadi İsayevin ağlına belə fikirlərin haradan gəldiyi isə məlum deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Xeberdar.net

Bərdənin İcra başçısı şəhid pulu yığır-İDDİA

  • 14-06-2016, 11:14
  • 964


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
  3. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  4. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  5. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  6. Ucarda qadın qətlə yetirilib
  7. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  8. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  9. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  10. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI