Elm haqqında qanun qəbul edildi

[b]"Elm haqqında” qanun qəbul edilib[/b]
Elm haqqında qanun qəbul edildi
Milli Məclisin növbədənkənar plenar iclasında “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
APA -nın xəbərinə görə, layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, 7 fəsil, 40 maddədən ibarət olan layihə Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir: “Elmdə azərbaycançılıq ideologiyasının təbliği sahəsində müddəanın çıxarılması barədə təklifi məqbul saydıq. Amma azərbaycançılığın elmin prioritet istiqaməti kimi saxlanılmasında israrlıyıq. Azərbaycançılıq alimin vətəndaş kimi fəaliyyətində prioritet istiqamətdir. Heç bir sahə prinsipsiz yaşaya bilməz. Azərbaycançılıq etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanları, xalqları özündə birləşdirir”.
Xeberdar.net
Layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Qanun layihəsində Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması da təklif edilir. Layihəyə əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir.
Komitə sədri bildirib ki, təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb. Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər.
Qanun layihəsinə əsasən Azərbaycanda doktorantura pilləsində təhsil alanlara təhsil haqqı və digər təhsil xərcləri ilə bağlı güzəştli və uzunmüddətli kredit verilməsi dövlət tərəfindən təmin ediləcək, habelə gələcəkdə işlə təmin olunacaq doktorantların borclarının ödənilməsi üçün yeni mexanizm də yaradılacaq. Qanunun 34-cü maddəsinin 11-ci bəndinə əsasən, “Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir və təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir, həyata keçirilməsinə şərait yaradır”.
İ. Həbibbəyli bildirib ki, bu qanun kiminsə əməkhaqqının artırılmasına xidmət etmir: “Bu qanunda dövlət büdcəsindən maliyyələşmə ilə bərabər, proqram maliyyələşməsi, qrantlar, sahibkarlıq maliyyələşməsi və digər bir sıra maliyyələşdirmə mexanizmləri əksini tapıb. Elm müəssisəsinin özünü maliyyələşdirməsi olmayan bir məsələ haqqında danışmaqdır. Ancaq sadaladığım mexanizmlər elm müəssisələrinin özlərini maliyyələşdirmələrində mühüm rol oynayacaq”.
Qanun layihəsi səsverməyə çıxarılıb və q
əbul edilib.

Elm haqqında qanun qəbul edildi

  • 14-06-2016, 13:41
  • 463


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!
  2. Övladının günahını valideynlərindən çıxan riyakar” Qəhrəman ” lar
  3. Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
  4. Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
  5. Mirvarid Dilbazi yad edilib
  6. GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)
  7. Baş Prokurorluq və DİN Goranboydakı hadisəylə bağlı birgə məlumat yaydı
  8. İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
  9. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı
  10. “Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI