Mingəçevirdə polis zabiti həbs edildi

Mingəçevirdə polis zabiti həbs edildi

Rəis açıqlama verib.

Avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş vətəndaş Bəhruz Hacıyevin özünü pəncərədən ataraq ölməsi faktı üzrə açılan cinayət işi çərçivəsində polis sıralarından ötən gün qovulan baş leytenant Şahlar Şahlarzadə həbs edilib.

Xeberdar.net xəbər verir ki, bu barədə Musavat.com əməkdaşına Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov deyib.

Polis rəisi aldığı şiddətli töhməti isə “yüngül cəza” adlandırıb:

“Vicdanımla deyirəm ki, işdən uzaqlaşdırılacağımı düşünürdüm. Amma cənab nazir mənə etimad göstərdi, çox sağ olsun, verilən “şiddətli töhmət” də az cəzadır”.

Xatırladaq ki, DİN-in rəsmi açıqlamasında polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsinin ağır nəticəyə səbəb olduğu bildirilirdi. Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası Daxili İşlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdi.

Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli bilindiyinə, gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova "şiddətli töhmət" elan olunmuşdu.

Mingəçevirdə polis zabiti həbs edildi

  • 24-08-2015, 12:56
  • 727


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  6. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  7. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
  8. Güclü yağışlar, qar geri qayıdır-XƏBƏRDARLIQ
  9. DAHA 61 NƏFƏRDƏ YOLUXMA QEYDƏ ALINIB – Koronavirus epidemiyası sürətlə yayılır
  10. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI