İsmayıllıda selin yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb

İsmayıllıda selin yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb
İsmayıllıda son günlər aramsız yağan yağışların rayonada yaratdığı fəsadlar hələ də tam aradan qaldırılmayıb. Dağılmış qaz və su xətlərinin bərpa olunmaması sakinləri təbii qazsız və içməli susuz qoyub.

Bu barədə Xəbərdar.net-ə İsmayıllı sakinləri məlumat veriblər. Məlumatda bildirlir ki, yerlərdə sel daşqınının yaratdığı zibilliklər, məişət tullantıları bir neçə təşkillatın köməkliyi ilə təmizlənsə də, problemlər qalmaqdadır. Yollar tam bərpa olunmadığı üçün kəndlərə gediş-gəliş hələ də çətinliklər yaradır. Su xəttləri bərpa olunmadığından içməli su sakinlər üçün ciddi problemə çevirilib. İçməli su maşınlarla gətirilir və əhaliyə pulu ilə satılır. Adiyyatı qurumlar işlərinin öhtəsindən lazımı qaydada gələ bilmir. Su, qaz xəttlərinin bərpası üçün sakinlərdən pul tələb edilib. Sakinlər müəyyən qədər vəsait(hər təsərrüfata 5 manatdan olmaqla) toplasalar da aidiyyatı yerli qurumlar vəsaitin azlığını bəhanə edərək fəsadları aradan qaldırmaqdan imtina edirlər.
Sakinlərin bildirdiyinə görə, fəlakət zamanı təsərrüfatlara dəyən ziyan hesablanmayıb. Dəymiş ziyanın müqabilində fermerlərə və kənd sakinlərinə kompensassiya ödənilməsi gözlənilmir. Bir sözlə aidiyyatı qurumların məsələyə biganə münasibəti sakinləri problemlərlə baş-başa buraxıb.
Qeyd edək ki, iyunun 19-da İsmayıllı rayonunda aramsız yağan leysan xarakterli yağışlar və dolu rayonda ciddi fəsadlara yol açıb. Yağış suları evlərin zirzəmisinə, tövlələrə dolub, kənd təsərrüfatına ziyan vurub. Rayonda kanalizasiya sistemlərinin və su ötürücülərinin düzgün qurulmaması və tam istifadəyə verilməməsi çirkablı suların küçələri basması ilə nəticələnib.
Xeberdar.net

İsmayıllıda selin yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb
İsmayıllıda selin yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb

İsmayıllıda selin yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb

  • 24-06-2016, 13:10
  • 485


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI