Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi -Fotolar

Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi -Fotolar
İyunun 24-də Bakının Xudafərin Sarayında Borçalı İctimai Cəmiyyətinin təşəbbüsü ilə sayca 3-cü Təbriz Gecəsi və tanınmış cərrah, türkoloq alim və görkəmli ictimai xadim Doktor Cavad Heyətin adına təsis olunmuş medalın təqdimatı keçirilib.
Xeberdar.net-in məlumatına verir ki, Milli Azadlıq Hərəkatının rəhbəri Əbülfəz Elçibəyin doğum gününə təsadüf edən mərasim Azərbaycan Respublikasının Dövlət Himni, habelə Güneyli, Quzeyli vətənimizin şəhidlərinə sayğı duruşu ilə başlayıb. Tədbirin aparıcısı, şair Elbəyi Cəlaloğlunun açılış nitqindən sonra isə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qonaqları salamlayıb və Təbriz Gecəsinin önəmi, Borçalı Cəmiyyətinin Güney Azərbaycandakı soydaşlarımızın mübarizəsinə baxışı xüsusunda çıxış edib. Daha sonra Doktor Cavad Heyət şəxsiyyəti haqda Güney Azərbaycanda ictimai fikrin tanınmış simalarından olan, "Varlıq" Dərgisinin yazarı Həsən Raşidi, filoloq alim Pərvanə Məmmədli və AMEA-nın Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə çıxış ediblər. Gürcüstan Aşıqlar Birliyinin sədri, eyni zamanda 8-ci Elat Günü Bayramı Təşkilat Komitəsinin sədri Osman Əhmədoğlu isə öz çıxışında Bütövlük yolunda mübarizədə millətimizi daha iradəli olmağa çağıraraq Təbrizin müqəddəsliyi haqda düşüncələrini iştirakçılarla bölüşüb.
Güney Azərbaycanda dilimiz və mədəniyyətimizin yaşamasında əməkləri olan görkəmli yazar və publisist Həsən Raşidi, Aşıq Cəbrayıl Xəlili, şair Saleh Rəhimi, tanınmış milli fəal Səid Mətinpur, "Varlıq" dərgisinin baş yazarı Rza Heyət, AYB-nin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz medalın builki sahibləri seçiliblər. Medalları tanınmış qələm sahibləri Abbas Abdulla, Osman Əhmədoğlu, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, folklorşünas alim Elxan Məmmədli, Müsavat Partiyasının sədri Arif Hacılı və sədr müavini Tofiq Yaqublu təqdim ediblər.
Mərasimdə Borçalı Cəmiyyəti tərəfindən Xalq Şairi Sabir Rüstəmxanlıya anadan olmasının 70 illiyi münasibətilə xatirə hədiyyəsi təqdim olunub. Eyni zamanda tədbirdə mərkəzi İsveçdə yerləşən Güney Azərbaycan Konqresinin təsis etdiyi Seyid Cəfər Pişəvəri Mükafatının da təqdimatı həyata keçirildi. GAK-ın birinci məsulu Abdulla Əmir Haşimi Cavanşirin məktubu oxunduqdan sonra konqresin təmsilçiləri Cavidan Elbars və Əli Nicat Zamani Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və sədr müavini Rüfət Muradlıya mükafatları təqdim ediblər. Mərasimdə elimizin tanınmış elm, sənət və ədəbiyyat xadimləri Telman Əliyev, Məhərrəm Pərizad, Oqtay Rza, Elçin Məmmədli, Qiya Pasxataşvili, Eldost Bayram, habelə Aşıq Tərmeyxan Borçalı, "Şuşa -Elat" muğam qrupu, Aşıq Cahangir Quliyev, Fizuli Turabov,"Başkeçid" ansamblının da yaddaqalan çıxışları olub. Tədbirin sonunda Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli iştirakçılara və Güneydən gələn soydaşlarımıza təşəkkür edərək Cəmiyyətin öz prinsiplərinə, o cümlədən Gürcüstanın ərazi bütövlüyü və dövlət müstəqilliyinə daim sadiq qalacağını və Milli məsələdə dəyərlərimizdən heç zaman imtina edilməyəcəyinı vurğulayıb. Cəmiyyət sədri həmçinin elimizi iyul ayının 26-da Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında keçiriləcək Borçalı Türklərinin 8-ci Elat Mədəniyyəti gününə səsləyib.
Xeberdar.net


Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi -Fotolar
Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi -Fotolar
Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi -Fotolar
Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi -Fotolar
Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi -Fotolar
Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi -Fotolar
Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi -Fotolar
Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi -Fotolar

Borçalı Cəmiyyəti bir daha möhtəşəm "Təbriz Gecəsi" keçirdi -Fotolar

  • 25-06-2016, 15:15
  • 807


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Axı bu ayrıseçkilik qoxan cümlələr bir aydının qələmindən necə çıxa bilər?!
  2. Baxış Nağıyevin Gədəbəydən göndərdiyi adamı Jurnalisti ölümlə hədələdi
  3. Rusiyalı ekspert: "Rəsmi Moskva İrəvana təzyiqini artırır"
  4. Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı
  5. İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək
  6. Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…
  7. Elan- İtdiyi üçün etibarsız sayılır
  8. Nazirlik yayılan məlumatları təkzib etmədi
  9. BAKI VAQON DEPOSUNUN RƏİSİ İPƏ-SAPA YATMAYAN BƏLƏDÇİLƏRƏ «ƏXLAQSIZLIQ DAMĞASI» VURUR?
  10. Rusiyada toqquşan qırıcı təyyarələrin pilotları sağ tapıldı - Yenilənib
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI