Masallıda pensiya düzəltmək adı ilə vətəndaşa 7500 manat pul “atıblar”

Masallıda pensiya düzəltmək adı ilə vətəndaşa 7500 manat pul “atıblar”

Günümüzdə dələduzların hədəfinə çevrilənlər az deyil. Xeberdar.net Bolgexeber.com-a istinadən bildirir ki,belə şəxslərdən biri Masallı rayon Hişkədərə kənd sakini Pərviz Əhədovdur. Bizə yazan Pərviz iddia edir ki , öz sinif yoldaşı Asəf Ağayev və onun tanışı Sevinc adlı xanım tərəfindən aldadılıb. Belə ki , şikayətçinin sözlərinə görə 2012-ci ildə sinif yoldaşı Asif pensiya almaqda kömək edəcəyini bildirib və bunun qarşılığında ondan 7500 manat pul alıb. Pərviz Əhədov onu da bildirir ki , Asəf Ağayev dələduzluğu təkbaşına etməyib. Bu işdə ona Sevinc adlı xanım da yardım edib. Özünü Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən xanın pensiya almaqda ona lazımı kömək edəcəyini deyib. Şikayətçi bizə müraciətində onu da qeyd edib ki , bu Sevinc xanımın adı ilə bağlı olan tək dələduzluq halı deyil. Belə ki , o , bir müddət öncə Asəf Ağayevlə əlbir olaraq, qonşu kəndin sakinləri Nəsimi və Teyyub Nəzərov qardaşlarına qarşı da bənzər addımı atıb. Biz də məsələdə adıçəkilən şəxslərlə əlaqə saxlayıb , söylənilən iddialara aydınlıq gətirməyə çalışdıq. Asəf Ağayevlə əlaqə saxlamaq mümkün olmasa da, Sevinc xanımla söhbətləşməyə çalışdıq. O , isə bizə sərt cavab verdi, hətta təhdid etməkdən belə çəkinmədi. Bu yerdə deyirlər ki , “ oğru elə bağırdı ki ,doğrunun bağrı yarıldı”

Masallıda pensiya düzəltmək adı ilə vətəndaşa 7500 manat pul “atıblar”

  • 24-08-2015, 15:57
  • 534


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI