Əli Həsənov: “Azərbaycan prezidenti yanğının səbəblərinin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verib”

Əli Həsənov: “Azərbaycan prezidenti yanğının səbəblərinin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verib”


“Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək”

“Binəqədi rayonunda baş vermiş yanğın prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub. Cənab prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib. Hazırda Səhiyyə Nazirliyi yanğından xəsarət almış şəxslərə təcili tibbi yardım göstərilməsi ilə bağlı tədbirlər görür”.

XEBERDAR.NET APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov qeyd edib ki, dövlət başçısı Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib: “Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək”.

Ə. Həsənov deyib ki, prezident İlham Əliyev yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, həmçinin onların dəfninin və yas mərasimlərinin dövlət hesabına təşkili məsələsini Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıb.

Prezidentin köməkçisi onu da bildirib ki, bu cür hallara yol verilməməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə yaxın gələcəkdə bütün lazımi tədbirlər görüləcək.

Əli Həsənov: “Azərbaycan prezidenti yanğının səbəblərinin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verib”

  • 19-05-2015, 17:18
  • 885


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Dövlətin ayırdığı pullar BNA rəhbərinin cibinə gedirmiş:Şirkətləri üzə çıxdı...-VİDEO
  2. 30 milyonluq tenderi udan şirkət nazirin qohumunundur? – Fakt
  3. MSK BU GÜN YENİDƏN TOPLANIR - Bu dairələr üzrə qərar veriləcək + SİYAHI (Yenilənir)
  4. Bir qadının dəyəri 7 manat – Azərbaycanda qadın qul bazarı – VİDEO
  5. "FÖVQƏLNAZİR"İN ŞİRKƏTİNİN BANK HESABINA HƏBS QOYULUB - Külli miqdarda borcu varmış...
  6. “RUSİYA TÜRKİYƏNİN ƏLİNDƏKİ “KARTI” ZƏİFLƏTMƏK İSTƏYİR”- Sevil Nuriyevadan TƏHLİL
  7. Goranboyun icra başçısı haqqında şok ittiham:Şəhid ailəsinin torpağını əlindən alıb?-Video
  8. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  9. ABŞ-la İrəvan arasında Qarabağı yazışması ... – Sensasiyalı sənədlər
  10. Xətai rayonunda bu ərazi də satıldı
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI