Azərbaycanda daha bir turizm şirkətinin lisenziyası ləğv edildi


Azərbaycanda daha bir turizm şirkətinin lisenziyası ləğv edildi

Mədəniyyət və Turizm Nazirliyi “İnter Travel Club” turizm şirkətinin lisenziya fəaliyyətini dayandırıb.


Xeberdar.net bildirir ki, bu barədə Moderator.az-a nazirlikdən bildirilib.

“İnter Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyətinə 27.05.2011-ci il tarixdə, qeydiyyat nömrəsi 224, turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.

Adıçəkilən şirkət barəsində Mədəniyyət və Turizm Nazirliyinə daxil olmuş çoxsaylı şikayətlərə, KİV-də dərc edilmiş məqalələrə əsasən müvafiq araşdırma aparılıb və şirkət tərəfindən həqiqətən də bir neçə vətəndaşın aldadaraq pullarını mənimsənildiyi, hazırda hüquq-mühafizə orqanları tərəfindən şirkət rəhbərliyi axtarışa verildiyi müəyyən edilib.

Nazirlikdən bildiriblər ki, qeyd olunanları nəzərə alaraq ”İnter Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 27.05.2011-ci il tarixli, 224 qeydiyyat nömrəli lisenziyanın fəaliyyəti dayandırılıb.

Azərbaycanda daha bir turizm şirkətinin lisenziyası ləğv edildi

  • 24-08-2015, 20:15
  • 835


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI