“Heyranlığa layiq dünya əhəmiyyətli xadimdir...”

“Heyranlığa layiq dünya əhəmiyyətli xadimdir...”

Azərbaycanın birinci xanımı, ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük istedada və dünyagörüşünə malik çox dinamik insandır. Xeberdar.net bildirir ki, bunu Trend-ə müsahibəsində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.


O bildirib ki, Mehriban Əliyeva həmişə dialoq və mədəniyyətlərarası qarşılıqlı münasibətlərin tərəfdarı olub.

ISESKO-nun baş direktoru qeyd edib ki, Mehriban Əliyevanın Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Foruma göstərdiyi dəstək forumun nəcib məqsədlərinə çatmaqda əsas amillərdəndir: “Bütün əvvəlki forumlarda iştirak etmək şərəfinə layiq görülmüşəm və deyə bilərəm ki, onların hamısı yaxşı təşkil olunmuş, məhsuldar keçmiş və dünyanın bir çox yüksək vəzifəli xadimlərini cəlb etmişdir”.

Doktor Əbdüləziz bin Osman əl-Tüveycri həmçinin Birinci Avropa Oyunlarının keçirilməsində Mehriban Əliyevanın rolunu vurğulayıb: “I Avropa Oyunları uğurla keçirildi və Azərbaycanın belə böyük tədbirləri təşkil edə bilmək qabiliyyətini göstərdi. Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri və onun komandası Oyunlarda iştirak edən və yarışları ekranlardan izləyənləri heyrətə salan, bütün dünyanın marağına səbəb olan tədbir nümayiş etdirə bildi”.

O bildirib ki, bu tarixi tədbirdə fəxri qonaqlar arasında olmaq şərəfinə layiq görülüb və bir çoxları kimi mərasimin gözəlliyi və mükəmməlliyinə heyran qalıb.

Doktor Əbdüləziz bin Osman əl-Tüveycri həmçinin Vatikanda Müqəddəs Taxt-Tac ilə bağlı layihələrdə Mehriban Əliyevanın iştirakını yüksək qiymətləndirib: “O, dialoq, inkişaf və humanitar fəaliyyətin bir çox sahələrində çalışır və Müqəddəs Taxt-Tac ilə bağlıl layihələrdə iştirak etməsi, bu çərçivədəki fəaliyyəti onun şəxsiyyətini əks etdirir. Bu, şübhəsiz, müasir, tolerant və konstruktiv ölkə kimi Azərbaycanın əsl simasını bütün dünyaya nümayiş etdirir”.

O bildirib: “Düşünürəm ki, artıq Azərbaycanın birinci xanımı hörmət və heyranlığa layiq dünya əhəmiyyətli xadimdir”.

“Heyranlığa layiq dünya əhəmiyyətli xadimdir...”

  • 25-08-2015, 13:36
  • 735


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  2. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  3. Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
  4. Lənkəran şefi biznesə girişib... - İDDİA
  5. “ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edib
  6. Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO
  7. Yatmış vəziyyətdə olan arvadının başına qantellə vurub öldürən şəxs həbs edilib
  8. Beyləqanda ər arvadını boşandığı üçün öldürüb
  9. DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO
  10. “Barış Pınarı” əməliyyatı:Türkiyə ordusu 13 kəndi PYD/YPG-dən azad etdi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI