Xırdalana 3 gündür su verilmir

Xırdalana 3 gündür su verilmir
Xırdalan dairəsində artıq 3 gündür su verilmədiyi bildirilir. Bu barədə sakinlər özləri AzadlıqRadiosuna məlumat veriblər.

Sakinlər deyirlər ki, onlardan bəziləri oruc tutur. Axşam saatlarında məcbur olub kənar yerlərdən su daşıyırlar. Sakinlərin deməsinə görə, yerli aidiyyəti orqanlara müraciətləri də bir səmərə vermir.

«Azərsu» ASC-nin mətbuat xidmətindən bildiriblər ki, adıçəkilən ünvanlara suyun verilməməsi təzyiqin aşağı olması ilə bağlıdır. Görülən tədbirlər nəticəsində bu gün axşama həmin ünvanlara su verilməsi nəzərdə tutulur.

BAKIDA TƏKCƏ SU YOX, İŞIQ DA KƏSİLİR

«Bizim etirazımıza əsas səbəb binanın tez-tez işıqlarının sönməsidir».

Bunu AzadlıqRadiosuna Dərnəgüldəki N.Tusi adına Pedaqoji Universitetin 1 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərdən Cavanşir Qədimov deyib.

«Həftədə iki gün işıq uzun müddətə kəsilir, adını da elektrik enerjisinə qənaət qoyurlar. Bu, təzə məsələ deyil, belə hallar tez-tez olur»,-deyə o qeyd edib.

Cavanşir Qədimovun deməsinə görə, kiçik otaqlarda yaşayan ailələr yay vaxtı işıqların sönməsindən çox əziyyət çəkirlər və bu da ciddi etiraza səbəb olur.

Aksiya iştirakçılarından bəzilərinin binanın qəzalı olması ilə bağlı söylədiklərinə gəldikdə isə, C.Qədimov bunları deyib: «Bu yataqxana binalarını 50 ilə yaxındır tikiliblər. Amma əsaslı təmir işləri getməyib. Bu mənada qəzalı ola bilmələri də istisna deyil. Amma etiraza əsas səbəb məcburi köçkünlərin yaşadıqları 20-21 yataqxana binasına elektrik enerjisinin verilməsində yaranan problemlərdir».

İyunun 29-u günorta saatlarında Dərnəgüldəki N.Tusi adına Pedaqoji Universitetin 1 saylı yataqxanasının sakinləri yaxınlıqdakı yolu bağlamağa cəhd etmişdilər. Ancaq hadisə yerinə polis gəldikdən sonra məcburi köçkünlər dağılmışdılar.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən baş verənlərə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Xırdalana 3 gündür su verilmir

  • 30-06-2016, 13:07
  • 398


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “O YA AĞLINI İTİRİB, YA DA ÖLKƏNİ QARIŞDIRMAQ İSTƏYİR...” - Mehdiyevin təhdidinə reaksiyalar
  2. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  3. RAMİZ MEHDİYEVİN SİFARIŞ VERDİYİ ŞİRKƏTLƏR - AMEA dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb
  4. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  5. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  6. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda onlayn təlim keçrildi
  7. Bərdədə körpə doğuşdan sonra ölüb- Cinayət işi başlanıb
  8. Hikmət Hacıyev:“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur”
  9. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  10. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI