Çingiz Abdullayev “Neftçi”dən istefa verəcək

Çingiz Abdullayev “Neftçi”dən istefa verəcək

“Neftçi” futbol klubunun prezidenti Cingiz Abdullayev istefa verməyə hazırlaşır.

Xeberdar.net bildirir ki, bu barədə məlumatı Komanda.az-a Yazıçılar Birliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri verib.

Çingiz Abdullayev Yazıçılar Birliyindəki iş yerində olarkən, “Neftçi”dəki vəzifəsindən istefa verməyə hazırlaşdığını bildirib. O, bir neçə yazıçı və şairlə söhbətdə aldadıldığını etiraf edib. Abdullayev bildirib ki, utandığından “Neftçi”nin bazasına gedə bilmir. O, uzun müddətdi məvacib ala bilməyən futbolçuların üzünə baxmaqdan utandığını deyib.

Yazıçı qeyd edib ki, onu “Neftçi”yə dəvət edərkən başqa vədlər veriblər, amma buna əməl etməyiblər. Abdullayev deyib ki, AFFA rəhbərliyi ona “Neftçi”də heç bir maliyyə probleminin olmayacağını vəd edibmiş.

Bundan əlavə, Cingiz Abdullayev klubda rəhbər vəzifədə çalışan şəxslərdən də narazılıq edib. O, bu vəzifələrin qeyri-peşəkarlara tapşırıldığını deyib. Yazıçı xüsusən də “Neftçi”nin icraçı direktoru Elnur Məmmədovdan narazılıq edib. Qeyd edib ki, onun futboldan anlayışı yoxdu. Müşahidə Şurasının sədri Məmmədovu klubun daxilində dözülməz ab-hava yaratmaqda, öz adamlarını - futboldan anlayışı olmayanları işə götürməkdə də ittiham edib.

Yazıçı bildirib ki, yaxın günlərdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla görüşərək, bütün bunlar haqda ona məlumat verəcək. O, qeyd edib ki, bundan sonra “Neftçi”dəki vəzifəsindən istefa verəcək.

Çingiz Abdullayev “Neftçi”dən istefa verəcək

  • 25-08-2015, 11:03
  • 782


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI