Daha bir uşaq ölümü – Lənkəran xəstəxanasında FOTO

Daha bir uşaq ölümü – Lənkəran xəstəxanasında FOTO
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) uşaq ölümü baş verib.

Rayonun Ləj kənd sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 5 radələrində ağır vəziyyətdə xəstəxananın Uşaq xəstəlikləri şöbəsinə gətirilib. Ancaq körpə xəstəxanada dünyasını dəyişib.

Məsələ ilə bağlı körpənin valideynləri Daxili İşlər Nazirliyinin (DİN) “102 xidməti”nə şikayət ediblər.
Lənkəran RMX-nin Uşaq xəstəlikləri şöbəsinin həkimi Südabə Əliyeva “Report”a bildirib ki, xəstəyə bütün yardımlar göstərilib və görülən tədbirlər xəstəlik tarixçəsində öz əksini tapıb: “Xəstə kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmaniya, kəskin ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində olub. Bütün səylərə baxmayaraq, xəstə səhər saat 8-də dünyasını dəyişib. Süni nəfəs aparatından ayrılıb. Bir sözlə, körpə ağır vəziyyətdə olmasına baxmayaraq, valideynləri onu həkimə çox gec gətiriblər”.

Körpənin meyiti Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır./Azadliq.info/

Xeberdar.net

Daha bir uşaq ölümü – Lənkəran xəstəxanasında FOTO
Daha bir uşaq ölümü – Lənkəran xəstəxanasında FOTO

Daha bir uşaq ölümü – Lənkəran xəstəxanasında FOTO

  • 5-07-2016, 14:53
  • 610


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  3. Daha bir rayon su böhranı ilə üz-üzə
  4. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  5. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  6. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  7. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  8. Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız
  9. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
  10. Bakıda karantini pozan çay evinin icarədarı 2 min manat cərimələndi - Fotolar
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI