Eldar Əzizov Qarabağ əlilinin hasarını sökdürdü

Eldar Əzizov Qarabağ əlilinin hasarını sökdürdü


Xeberdar.net bildirir ki, Atasından yadigar qalan torpaqda ev tikmək istəyən ll qrup Qarabağ əlili Murtuzov Şahin İgidulla oğlunun həyətinin hasarı dağıdılıb.



“Qafqazinfo”ya müraciət edən vətəndaşın sözlərinə görə, əvvəlcədən heç bir xəbərdarlıq olunmadan əraziyə gələn şəxslər ağır texnika ilə hasarı uçurub, tikilməkdə olan evi də sökmək istəyib: “Ceyranbatan bağları 8-ci məhəllədə 340-cı yer mənə atamdan miras qalıb. Sənədləri də tam olan bu 6 sot torpaq 1979-cu ildə atama verilib. 5 ildir ki, mən bu ərazidə ev tikmək istəyirəm və İcra hakimiyyətinə müraciət etmişəm. Bu gün ustalar xəbər verdi ki, buldozer gəlib hasarı dağıdıb, evi də dağıtmaq istəyir. Tez həmin əraziyə getdim, 20-ə yaxın adam olardı. Sumqayıt şəhər İcra hakimiyyətinin Arxitektura və şəhərsalma idarəsinin əməkdaşları olduğunu dedilər. Mən də sənədlərimi göstərdim. ll qrup Qarabağ əliliyəm. Bu torpağa canımı, qanımı vermişəm, əlillik sənədimə deyir ki, bu heç. Mənə sökmək üçün heç bir sənəd göstərmirlər, bircə deyirlər ki, burada ev tikə bilməzsən. Deyir, qanunda belədir, ancaq mənə qanunu göstərmir. Ətrafdakı bütün ərazilərdə evlər tikilib. Xəritəçəkmədən bütün sənədlərim var. Əgər ev tikmək olmazsa, mənə möhürlü qanuna uyğun bir sənəd versinlər, mən də səbəbini bilim”.

Eldar Əzizov Qarabağ əlilinin hasarını sökdürdü

  • 25-08-2015, 10:33
  • 839


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  4. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  5. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  6. TOFİQ YAQUBLU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ - Siyasi partiyalar tərəfindən
  7. 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə
  8. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  9. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  10. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI