AFFA “Xəzər Lənkəran”ı cəzalandırdı

AFFA “Xəzər Lənkəran”ı cəzalandırdı


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Xeberdar.net "Qafqazinfo"-ya istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 3-cü turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.


“Xəzər Lənkəran” – “Rəvan” matçında qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Həmin qarşılaşmanın 48-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubuna 200 manat cərimə kəsilib. Oyunun 90+1-ci dəqiqəsində Cənub təmsilçisinin digər futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

“Qəbələ” – “Kəpəz” matçında qonaqların 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Zirə” – “İnter” matçında ev sahiblərinin 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat məbləğində cərimə kəsilib.

AFFA “Xəzər Lənkəran”ı cəzalandırdı

  • 25-08-2015, 15:37
  • 650


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI