Fətullah Güləni gətirmək üçün Türkiyə ABŞ-a heyət göndərdi

Fətullah Güləni gətirmək üçün Türkiyə ABŞ-a heyət göndərdi
Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının sədri və AK Partiya Malatya millət vəkili Taha Özhan, AK Partiya Kahramanmaraş millət vəkili Mahir Ünal, CHP İstanbul millət vəkili Oğuz Kaan Salıcı, MHP-nin Ərzurum millət vəkili Kamil Aydından ibarət heyət ABŞ rəhbərliyində yüksək səviyyəli şəxslərlə görüşəcək.

Xeberdar.net-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, görüşlərdə FETÖ-nün çevriliş cəhdi və sonra baş verənlərlə bağlı dəstəbaşı Fətullah Gülənin ekstradisiyasının da gündəmə gələcəyi proqnozlaşdırılır.

Görüşlərə bu gün başlayan nümayəndə heyəti Türkiyənin Vaşinqtondakı səfirliyində məlumatlandırmaq toplantısında iştirak edib, sonra ABŞ Ədliyyə Nazirliyində nazir müavini Dr.Svartzla görüşüb.

Heyət gün ərzində xarici mətbuat nümayəndələri ilə toplantı keçirərək, SETA DC-yə səfər edəcək.

ABŞ-dakı görüşlərini 8 avqust bazar ertəsi gününə qədər Vaşinqton və Nyu-Yorkda davam etdirəcək nümayəndə heyəti ABŞ xarici işlər nazirinin köməkçisi Viktoriya Nuland və "Atlantik Council" ilə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) rəsmiləri ilə də görüşəcək.

Xeberdar.net

Fətullah Güləni gətirmək üçün Türkiyə ABŞ-a heyət göndərdi

  • 2-08-2016, 11:50
  • 476


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI