​Azərbaycanda 5 xarici şirkətin filialı ləğv olunur

 ​Azərbaycanda 5 xarici şirkətin filialı ləğv olunur
Azərbaycanda fəaliyyət göstərən 5 xarici şirkət filialının ləğv olunduğu bildirilir.

"Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Filiallardan biri "Distrilab" Məhdud Məsuliyyətli Yoldaşlığına məxsusdur. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 59, mənzil 63 ünvanına bildirə bilərlər.

Filialı ləğv olunan 2-ci şirkət "Buz Alen Hamilton İnc."dir. Onun kreditorlarının tələblərinə 2 ay ərzində Bakı şəhəri, Nizami küçəsi,96 ("The Landmark-1" Biznes Mərkəzi, IV mərtəbə) ünvanında baxılacaq.

Azərbaycanı tərk edən 3-cü şirkət "Grundfos Pompa Sanayi ve Ticaret Ltd." şirkətidir. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi,96A ünvanında irəli sürə bilərlər.

Ləğv olunan daha bir filial "Niko İnternational Ltd." şirkətinə məxsusdur. Şirkət kreditorların tələblərinə 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi,32/37 ünvanında baxacaq.
Sonuncu, "Makimsan Asfalt Taahhüt İnşaat Sanayi ve Ticaret Anonim" şirkəti də Azərbaycan filialını bağlayır. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 18, mənzil 21 ünvanına bildirə bilərlər.
Xeberdar.net

​Azərbaycanda 5 xarici şirkətin filialı ləğv olunur

  • 3-08-2016, 11:24
  • 540


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI