Daha bir icra başçısının gedişi xəbəri yayıldı

Daha bir icra başçısının gedişi xəbəri yayıldı

Hələ bir müddət əvvəl xəbər yayılmışdı ki, Qusar rayon icra hakimiyyətinin başçısı vəzifəsindən alınır.

Xəbərdə deyilirdi ki, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovu hazırda Qusar RİH-də başçının birinci müavini postunu tutan Arif Məmmədovun əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Şair Alxasov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova yaxın şəxs hesab olunur və onun «yuxarılara» təqdimatda Sumqayıtın başçısının müstəsna rolu olub. Alxasovun görəvdən alınması səbəblərinə gəlincə isə, məlumatda deyilirdi ki, Alxasov artıq 5 ildir ki, Qusara rəhbərlik edir və onunla bağlı yeni təyinat qərarı da çıxa bilər.

Xeberdar.net DİA.AZ-a istinadən xəbər verir ki, qarşıdan gələn parlament semkilərilə əlaqədar bir neçə rayonun İH başçısının dəyişdirilməsi qərarı verilib ki, onların sırasında cənab Alxasovun da adı var. Mənbənin iddialarına görə, Qisar RİH başçısı bu semkilər zamanı yetərincə etibarlı fiqur hesab edilmədiyindən onun belə bir mötəbər prosesi uğurla həyata keçirəcəyinə "yuxarılar" heç də etimad göstərmirlər.

Dia.az xatırladır ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

Daha bir icra başçısının gedişi xəbəri yayıldı

  • 26-08-2015, 16:52
  • 1 341


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI