AZƏRBAYCAN MƏMURLARINDAN ŞİKAYƏT EDƏN AZƏRBAYCANLI

AZƏRBAYCAN MƏMURLARINDAN ŞİKAYƏT EDƏN AZƏRBAYCANLI

Oxucumuz olan TOFİQ CƏFƏROV bizə ünvanladığı şikayət məktubunu olduğu kimi sizlərə təqdim edirik hətta şəkilidə özü göndərib.

25 il Ukrainada yaşadıqdan sonra ailə vəziyyəti ilə əlaqar Azərbaycana döndüm.23.01.2007ci ildə bir qızım dünyaya gəldi. İş qurub ailəmi dolandırmaq istədim. 2007-ci ildə Qaradağ rayonunda yeni tikiləcək Binə və Sədərək ticarət mərkəzlərinə hərəsində 2 mağaza (4) tikilməsi üçün Binə TM-nə 2x50kv=100kv 70000azn, Sədərək TM-nə 50kv+30kv=80kv 37500 azn ödədim. 2008-ci ildə təmir üçün Binə TM-nə 100kv 5500azn ödədim. 2009-cu ildə TM-ləri fəaliyyətə başladı. Binə TM-nin müdürü Kəbirə Məmmədova mağazalarımın mənə təfil verilməsi üçün 2 mağaza üçün 16000 qapı və açar pulu istədi və məndə ödədim.

Mağazalar 5 qat bahasına satıldı başqa şəxslərə hər iki bazarda. Mən isə əlimdə sadəcə saxta müqavilədə göstərilən heçdə tikilməyi gözlənilməyən mağaza nömrələri ilə qaldım. 14 və 18-ci sıra. Bu günə kimi o sıraların adı var mağaza isə o sıralarda yoxdur.. Mən isə nə qapı gördüm nədə açar. Dəfələrnən sənin mağazalarını verəcəyəm deyib məni aldadan Kəbirə Məmmədovaya 2009-cu il dekabr ayında dedimki Prezidetimizə məktub yazıb hər şeyi olduğu kimi bildirəcəyəm, ondan aldığım cavab isə belə oldu get nə bilirsən elə. . Ulu öndərimizin vaxtında heç kimin duxu çatmazdı elə cavab versin. 4 mağaza üçün pul yatırdan insan indi düşüb dilənçi vəziyyətə. 5 ildirki haqqımı tələb edə bilmirəm. Mən yazıx hardan bilimki Prezidentimizin və Nazirlərimizin ətrafı elə hasarlanıbki hətda onlara 500 metrədən yaxına heç ağcaqanadda uça bilmir qalsınki məktub çatdırmaq. Kəbirə Məmmədova haqlıymış get nə bilirsən elə. 2007-ci ildən pulumdan yazıx ac milionerlər faydalanırlar mən isə balaca qızımın üzünə baxa bilmirəm. Hətda 54 yaşım olduğu üçün işə götürmürlər.

Yaxın adamın olmasa iş tapmaqda mümkün deyil.Pulum yoxdurki mənkəməyə verim,vəkil tutum.Həmdə məhkəmədə Vəkillərdə onlar tərəfədir... Çünki maddi maraq birinci yer tutur nəinki kimsəsiz pulsuz vətəndaşın haqqını tələb etməsi. Hətda Prezidentimizin Göstərişlərinə əməl edilmir. Dəfələrnən Deyilibki əyər vətəndaşlara qarşı hər hansı bir haqsızlıqlar törədilərsə məlumat verilsin. NƏ üçün yazdığımız haqsızlıqlar haqda SEVİMLİ PEZİDENTİMİZƏ məlumatlar verilmir? Prezidentimiz heç vaxt razılaşmazdırki vətəndaşlara qarşı belə haqsızlıqlar törədilsin. ULU ÖNDƏRİMİZ HARDAN BİLƏYDİKİ onun inananaraq təyin etdiyi rəhbərlər qanun verici orqan rəhbərləri kimsəsiz vətəndaşları maddi maraqları üçün, gözu yaşlı dilənçi vəziyyətinə salacaqlar.Haqsızlıq edənlərin arxasında duracaqlar.Hardan biləydiki Baş prokurorluq araşdırmadan Qaradağ polisin verdiyi yalan cavaba əsaslanaraq 5 il eyni nömrəli 05/3139 cavabını verəcək.

Bilərəkdən Kəbirə Məmmədovanın vətəndaşları açıq-aşkar aldadmağını,onlara qarşı törətdiyi moşenneçestvanı mülkü məsələ sayıb məhkəməyə müraciət edin deyəcəklər. YAP-ın üzvünü, Ukrainada yaşadığı şəhərdə Azərbaycan cəmiyyətin sədiri olmuş bir vətəndaşı bu cür acınacaqlı vəziyyətə salacaqlar. Sovetin vaxtı Kommunist partiyası üzvülərinin arxasında dururdu işlə təmin edirdi, Mən isə mənə qarşı törədilən haqsızlıqlar barədə YAP-na məktub göndərdim heç cavabda vermədilər (belə çıxırki biz onlara canlı olaraq lazım deyilik.cadəcə bizlərin sayı və seçkidən seçkiyə bizim adımız və soy adımız lazımdır).

Millət vəkilinin mənası nə deməkdir başa düşmədim, dəfələrnən Milli məclisə məktub yazdım cavab ala bilmədin. Sağolsun Mehriban Xanıma 2011-ci ildə iyunun 3-də məsələnin həll olması barədə gösttəriş verdi və yenədə Kəbirə Məmmədova məni aldadaraq göstərişi yerinə yetirmədi. ULU ÖNDƏRİMİZİN GECƏ-GÜNDÜZ YATMADAN, CANINA QIYMADAN AZƏRBAYCAN RESPUBLİKASINA VƏ VƏTƏDAŞLARININ YAXŞI YAŞAMASI ÜÇÜN ÇƏKDİYİ ƏZİYYƏTLƏRƏ BELƏ QİYMƏT VERİLİR?. ALLAHDAN arzum budurki Pezidentimiz CƏNAB İLHAM ƏLİYEV bizlərə (kimsəsizlərə) qarşı törədilən haqsızlıqlardan xəbər tutsun və nə baş verəcəyinini siz bilirsiniz. (Yazdığım bu məktub bizlərə haqsızlıq edənlərə və onların arxasında maddi maraq üçün duranlara aiddir. Öz övladlarının,nəvələrinin gələcəyini uçuruma aparan pul qripinə tutulmuş və vəzifəsindən maddi maraq üçün istifadə edən,hətda ailə üzvülərini aldadadaraq sinəsinə döyən, onlara haram çörək yedirdən, ölkədə baş verən haqsızlıqları öz xeyrinə dəstəkləyən bəzi dırnaq arası məmurlara qanun verici orqan işçilərinə və bilərəkdən maşenneçistivanı mülkü məsələ sayanlara aiddir.) Əyər istəsəniz sizin əlinizdə bu məsələ bir zənglə həll olunar və pulum layiqincə qaytarılar (Rusların belə bir sözü var KLİN C KLİNOM VIŞİBAYUTSYA). Məndə əlini göyə qaldırıb ALLAH bizə kömək et atamın pulunu qaytarsınlar deyən 8yaşında qızımın qarşısında üzüm ağ olar.

AZƏRBAYCAN MƏMURLARINDAN ŞİKAYƏT EDƏN AZƏRBAYCANLI

  • 19-05-2015, 20:21
  • 1 143


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Dövlətin ayırdığı pullar BNA rəhbərinin cibinə gedirmiş:Şirkətləri üzə çıxdı...-VİDEO
  2. 30 milyonluq tenderi udan şirkət nazirin qohumunundur? – Fakt
  3. MSK BU GÜN YENİDƏN TOPLANIR - Bu dairələr üzrə qərar veriləcək + SİYAHI (Yenilənir)
  4. Bir qadının dəyəri 7 manat – Azərbaycanda qadın qul bazarı – VİDEO
  5. "FÖVQƏLNAZİR"İN ŞİRKƏTİNİN BANK HESABINA HƏBS QOYULUB - Külli miqdarda borcu varmış...
  6. “RUSİYA TÜRKİYƏNİN ƏLİNDƏKİ “KARTI” ZƏİFLƏTMƏK İSTƏYİR”- Sevil Nuriyevadan TƏHLİL
  7. Goranboyun icra başçısı haqqında şok ittiham:Şəhid ailəsinin torpağını əlindən alıb?-Video
  8. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  9. ABŞ-la İrəvan arasında Qarabağı yazışması ... – Sensasiyalı sənədlər
  10. Xətai rayonunda bu ərazi də satıldı
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI