Daşınmaz əmlakla bağlı qaydalar dəyişdirildi

Daşınmaz əmlakla bağlı qaydalar dəyişdirildi

Maliyyə Nazirliyinin Kollegiyası “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması Qaydaları”, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması Qaydaları” və “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnaməsinin forması, çap olunması və doldurulması Qaydaları”nda dəyişikliklər edib.
Xeberdar.net APA-ya istinadən xəbər verir ki, dəyişiklik “İcbari sığortalar haqqında” qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda nəzərdə tutulan icbari sığorta şəhadətnamələrinin blanklarının mərkəzləşdirilmiş qaydada çap etdirməklə sığortaçılara ödənişsiz təqdim edilməsi və onların uçotunun aparılması İcbari Sığorta Bürosunun funksiyalarına aid edilməsi ilə bağlıdır.

Bu Qaydalara əsasən indiyə qədər daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnamələrinin blankları iştirakçı sığortaçıların vəsaiti hesabına İcbari Sığorta Bürosunun sifarişi ilə ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığı (lisenziyası) olan mətbəədə çap etdirilib. Dəyişikliyə əsasən iştirakçı sığortaçılar bu şəhadətnamələrinin blanklarının hazırlanması üçün vəsait ödəməyəcək. Bundan sonra daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnamələrinin blankları İcbari Sığorta Bürosunun sifarişi ilə ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığı (lisenziyası) olan mətbəədə çap etdiriləcək.

Daşınmaz əmlakla bağlı qaydalar dəyişdirildi

  • 26-08-2015, 20:42
  • 700


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI