2 yaşlı Səhərin atası fəryad edir: “Həkimlər bizi aldatdı, kömək lazımdır”

2 yaşlı Səhərin atası fəryad edir: “Həkimlər bizi aldatdı, kömək lazımdır”2 yaşlı Səhər Salahovanın yardıma ehtiyacı var.

Bərdə rayon Hacallı kənd sakini Teymur Salahov müraciət edərək 1 yaşlı övladının ürəyində anadangəlmə qüsur olduğunu bildirib: “2014-cü ilin sentyabrında həkimlər Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum evində ona bu diaqnozu qoydular. Uşaq doğulandan 10 gün sonra onu M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gətirdik. Orada həkimlər baxdı, ürəyində dəlik olduğunu təsdiqlədilər. Amma bizə dedilər ki, uşağın çəkisi az olduğundan, onun ürəyində yalnız 5 yaşından sonra əməliyyat aparıla bilər. Biz də həkimin bu sözünə inandıq. O gündən sonra tez-tez müayinə edilib müalicə alırdı”.

T.Salahov qeyd edib ki, uşaq bu yaxınlarda yenidən Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçirilib: “Tanınmış cərrah, millət vəkili Rəşad Mahmudov baxıb dedi ki, təcili əməliyyat olunmalıdır, Səhərin hər dədiqəsi ölümdür. Ürəyində 250 təzyiq, sıxıntılar var. Sən demə uşaq 3 aylığında əməliyyat olunmalıymış”.

Ata deyir ki, əməliyyat üçün 11 min manat pul lazımdır: “Bizim də imkanımız yoxdur. İmkanlı şəxslərə üz tuturuq, Səhərin yaşamasına yardım edin”.

Balaca Səhərə yardım etmək istəyən şəxslər aşağıdakı telefonlarla əlaqə saxlaya bilərlər: 050 445- 97 -56
(aznews.az)

2 yaşlı Səhərin atası fəryad edir: “Həkimlər bizi aldatdı, kömək lazımdır”

  • 9-08-2016, 15:20
  • 381


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI