Abşeronda bir gecədə 3 mağaza qarət edilib

Abşeronda bir gecədə 3 mağaza qarət edilib
Abşeronda bir gecədə 3 mağaza qarət edilib. APA TV-nin məlumatına görə, hadisə Abşeron rayonu, Gənclər şəhərciyində qeydə alınıb. Hər üç mağaza yeniyetmələr tərəfindən qarət edilib.

Mağazaların yeniyetmələr tərəfindən qarət olunmasını təhlükəsizlik kamerası qeydə alıb. Zərərçəkən ərzaq mağazasının sahibinin sözlərinə görə, oğrular bahalı siqaret və kassadan 600 manat nağd pul aparıblar. Sözü gedən ərazidə yerləşən tərəvəz mağazasının sahibi Kamil Şirinov da o gecənin zərərçəkənlərdəndir. Onun sözlərinə görə, oğrular mağazanın dəmir barmaqlarında olan qıfılı qıraraq içəri daxil olublar: “Hadisə gecə saat 4-də baş verib. Qonşunun obyektinin kamerası çəkib. Cavan uşaqlardır 15-16 yaşında. Biri lap balacadır, təxminən 12-13 yaşı olar”

Oğrular bununla da kifayətlənməyərək yaxınlıqdakı uşaq aləmi mağazasını da qarət ediblər.
Sözü gedən oğurluq hadisələri ilə bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Hadisəni törədən şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.
xeberdar.net

Abşeronda bir gecədə 3 mağaza qarət edilib

  • 10-08-2016, 09:01
  • 355


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "...Hərbçilərin əmək haqlarının yarıbayarı azaldılması səhv qərardır. Onlar indi də təhlükə ilə üz-üzədir..." - MÜTƏLLİM RƏHİMLİ
  2. Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayanıb.
  3. Fişəng atan şəxs müəyyən edilərək saxlanılıb
  4. Sübuta yetirilməyən və qanunsuz sübutla yazılan cərimələrə xitam veriləcək
  5. "Hər gün 30-dək meyitin ekspertizası keçirilir" - "Döyüşdə öldürülən 766 erməni hərbçi tanınmaz haldadır"
  6. Ukraynanın türk PUA-sına ümidləri:RUSİYALI EKSPERT BƏDBİN PROQNOZLARI İLƏ DONBASDA "QARABAĞ SSENARİSİ"Nİ ŞÜBHƏYƏ ALIR
  7. Sabah hava necə olacaq? –Proqnoz
  8. Gənclər və idman naziri Azad Rəhimov komaya düşüb
  9. Korrupsiyaya qarşı Mübarizə idarəsi əməkdaşları Salyan və Masallıda əməliyyat keçirdi. - SAXLANILANLAR VAR!
  10. DİN SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI