Artur Rasizadə qərar imzaladı

Artur Rasizadə qərar imzaladı


Azərbaycan Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

Xeberdar.net Report-a istinadən xəbər verir ki, dəyişikliklə bağlı qərarı Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınacaq.

Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlar, habelə onların diplomatik personalı və bu personalın ailə üzvləri onlara məxsus xidməti və şəxsi nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qeydiyyat orqanına müraciət edirlər.

Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

Diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə “T” seriyası üzrə dövlət qeydiyyat nişanı təqdim olunur.

Fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

Bundan əlavə, əcnəbilərin, xarici hüquqi şəxslərin və Azərbaycan-xarici ölkə birgə müəssisələrinin nəqliyyat vasitələri üçün müəyyən edilən sarı rəngli dövlət qeydiyyat nişanları ləğv edilib.

Artur Rasizadə qərar imzaladı

  • 27-08-2015, 13:59
  • 840


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  3. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  4. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  5. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  6. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
  7. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  8. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  9. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  10. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI