Nazirlikdən xaricdə təhsil almağa gedənlərə – XƏBƏRDARLIQ

Nazirlikdən xaricdə təhsil almağa gedənlərə – XƏBƏRDARLIQ“Bəzi təhsil şirkətləri telekanallarda reklam aparır ki, attestatla xarici universitetlərə qəbul olan tələbələrin diplomlarının tanınmasına Təhsil Nazirliyi zəmanət verir. Bu, yanlışdır, bəyan edirik ki, belə bir zəmanəti heç bir şirkət Təhsil Nazirliyindən almayıb”.

Bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu, insanları aldatmaqdır və şirkətlər subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edir.

“Zəmanətin verilməsi hüquqi prosesdir. Təhsil Nazirliyi tərəfindən həmin şirkətlərlə bağlı müraciət olarsa, hüquqi çərçivədə cəzalar tətbiq oluna bilər. İnsanlar saxta zəmanət adı ilə işbazların toruna düşməsinlər. Bu məsələ ilə bağlı ciddi narahatlıqlarımız var. Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir”, - deyə C.Valehov bildirib.(apa)

Nazirlikdən xaricdə təhsil almağa gedənlərə – XƏBƏRDARLIQ

  • 10-08-2016, 14:00
  • 449


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  3. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  4. İş icazəsi ilə istirahətə gedənlər cərimələndi - VİDEO
  5. Daha bir rayon su böhranı ilə üz-üzə
  6. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  7. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  8. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  9. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  10. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI