Banklar dollar əmanətini qəbul etmir

Banklar dollar əmanətini qəbul etmir


Azərbaycanın bəzi kommersiya bankları ikinci dəfə dollar əmanətləri üzrə faiz dərəcələrini aşağı salmağa başlayıblar.


Xeberdar.net Moderator.az-a istinadən xəbər verir ki, “Marja”nın bankların saytına istinadən verdiyi məlumatına görə, artıq AccessBank, Azərbaycan Beynəlxalq Bankı, Unibank, Bank of Baku, Bank VTB Azərbaycan dollar əmanətləri üzrə faiz dərəcələrini xeyli endiriblər. Dollar əmanəti üzrə minimum faizi dərəcəsini (əsasən 1 illik), AccessBank 1-2%-ə, Azərbaycan Beynəlxlaq Bankı 2.25%-ə, Unibank 0,5-1%-ə, Bank of Baku 0,5%-ə, Bank VTB Azərbaycan 1,7%-ə endirib.

KapitalBank, ümumiyyətlə, 11 ayadək müddətinə dollar əmanətlərini qəbul etmir. Müddətli dollar əmanətləri minimum 12-24 aylıq yerləşdirilməlidir. Bu halda 3% gəlir təklif olunur. Müddətsiz dollar əmanətləri üzrə isə faiz dərəcəsi minimum 1%-dir.

Azərbaycan Beynəlxalq Bankı isə 9 ayadək müddətə dollarada əmanət qəbul etmir.

Bir sıra banklar isə 4-6 ayadək dollarda əmanətlər götürmürlər.

Ümumiyyətlə, adı çəkilən banklarda ən yüksək əmanət qəbulu müddətləri olan 36-60 aylıq dollar əmanətləri üzrə faizlər 5,5%-i keçmir.

Ekspertlər bildirirlər ki, bankların belə qərar qəbul etməkdə məqsədləri dollarlaşmanı aşağı salmaqdır.

Qeyd edək ki, İyunda da Azərbaycanın bəzi bankları dollar əmanətləri üzrə faiz dərəcələrini 12-16%-dən 3-8 faiz intervalına endirmişdilər.

Banklar dollar əmanətini qəbul etmir

  • 27-08-2015, 13:27
  • 834


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!
  2. Övladının günahını valideynlərindən çıxan riyakar” Qəhrəman ” lar
  3. Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
  4. Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
  5. Mirvarid Dilbazi yad edilib
  6. GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)
  7. Baş Prokurorluq və DİN Goranboydakı hadisəylə bağlı birgə məlumat yaydı
  8. İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
  9. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı
  10. “Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI