Kürdəmirdə "KamAZ" "MAN"-la toqquşub, ölən var

Kürdəmirdə "KamAZ" "MAN"-la toqquşub, ölən varKürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə 04.30 radələrində Bakı-Qazax əsas magistral yolunun 204-cü kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində baş verib. Hacıqabul rayon sakini 46 yaşlı Zaur Maşallah oğlu Xankişiyevin yol kənarında saxladığı "MAN" markalı maşına, Tovuz rayon sakini 63 yaşlı Sabir Əsəd oğlu Paşayevin idarə etdiyi "KamAZ" markalı yük maşını çırpılıb. Nəticədə "KamAZ" markalı maşının sürücüsünün sıxılmış meyitini hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisini Təhqiqat və İstintaq Şöbəsində araşdırma aparılır.

Xeberdar.net

Kürdəmirdə "KamAZ" "MAN"-la toqquşub, ölən var

  • 12-08-2016, 10:35
  • 483


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI