İsmayıllıda “Teliba” istirahət mərkəzinin arxasında kimlər dayanır? -

İsmayıllı rayonunun ərazisində, Bizlan kəndinin yaxınlığında bir istirahət mərkəzi var, “Teliba” istirahət mərkəzi. Düşünəcəksiz ki, bu nə addır-“Teliba”. Bu adın açılıqlaması Telman, İbad deməkdir. Bu istirahət mərkəzinə milyonlarla vəsait xərclənmiş müasir tipli tikintilər tikilmiş, hektarlarla torpaq zəbt edilmiş, yüzlərlə palıd, vələs və digər ağaclar kökündən kəsilib məhv edilmişdir. Hələ bu azmış kimi 30-40 hektarlarla torpaq sahələri hasarlanmış, balıq gölləri, çimərlik yaradılmış, istirahət mərkəzinə yaxın olan Xasıdərə kəndində müasir tipli tövlələr tikilmiş, mal-heyvan sürüləri yaradılmış, çobanlar üçün gözəl villa inşa etdirmişdir cənab İbad müəllim. Düşünəcəksiniz ki, görəsən bu İbad kimdir? Məndə sizin yerinizdə olsaydım bu göstərilənlərdən sonra düşünərdim. Sizi intizarda qoymamaq üçün İbad müəllim haqqında bildiklərimi deyə bilərəm. Bildiklərimi deyirəm a, eşitdiklərimi yox.
İbad müəllim Bakı Dövlət Universititinin tədris üzrə şöbə müdrüdür. Bəli İbad İbadov. Telman isə İbad İbadovun oğludur. Vaxtı ilə cəzaçəkmə müəssələrində “Nadzor”- nə bilim nə işləyib. Məhz elə indində başında “Nadzor”luğun abu-havasını gəzdirir Telman qağa. Mən bu sözü elə-belə demədim. Fakta söykənib dedim. Əgər belə olmasaydı, bir neçə ay öncə Telman qağa Ağsu rayonun Nüydü kənd sakini Əsgərov Əbülfət Nazim oğlu ilə kiçik bir mübahisədən sonra, elə həmin gecə özünə dəstə toplayıb onları odlu silahlarla (avtomat, beşatlan, tapança) silahlandırıb, özü də dəstənin başında, gecə saat 12-01 radələrində Əbülfət Əsgərovun yaşadığı Nüydü kəndinə, Əbülfət Əsgərovun yaşadığı mənzilə gedib, nalayiq söyüşlərlə söyərək, odlu silahlardan yayılım atəşi atəşi açmazdı. Sonra da xəbər göndərməzdi ki, əgər o gecə çölə çıxsaydın səni özüm güllələyib, başqasına 50 min verib qanını bataracaqdım. Düzdü elə həmin gecə bu hadisə 102 xidmətinə verilmişdir. Elə, gecə ilə Ağsu rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlsələrdə, hər şeydən hali olsalar da, İbad qağanın səyi nəticəsində məsələ ört-basdır edilmişdir. Açığı azğın insan çox görmüşdüm, lakin bu qədərini yox. Bax, elə bu yerdə məni bir şey möhkəm düşündürür. Kimsə, adicə bir toy mərasimində havaya və yaxud bir sərçəyə atəş açan kimi, bizim asayış keşikçilərimiz bunu böyük bir cinayət olduğunu bildirir, hətta cəzaçəkmə müəssələrinə belə göndərirlər. Görəsən harınlaşmış Telmanın bu əməli niyə cəzasız qalıb? Hə... Axı pul çox şeyi həll eləsə də, əsl qanunu həll eləmir (Nə olsun ki, kimsə “prorektor” işləyir). Elə çıxır ki, Telman və Telman kimilər kimlərisə öldürüb qəbirlərinə də iş kəsdirə bilərlər, eləmi?
Düzü bir məsələ məni çox düşündürür. Bir universitet müəlliminin nə qədər gəliri var ki, o milyonların sahibidir. Görəsən bunu bir yoxlayan yoxdurmü məgər? Əgər varsa bəs hanı? Və yaxud bu “mötəbərin” arxasında kimlər durur?

İsmayıllıda “Teliba” istirahət mərkəzinin arxasında kimlər dayanır? -

  • 19-05-2015, 23:03
  • 1 197


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  8. Qazaxda düşmən təxribatı davam edir
  9. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  10. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI