Azərbaycanda avtobusda bıçaqlanma

Azərbaycanda avtobusda bıçaqlanma

Cəbrayılov əvvəllər də quldurluğa görə məhbus həyatı yaşayıb.


Bakı-Gəncə avtobusunda bıçaqlanma hadisəsi baş verib.

Bakıdan Gəncəyə gedən “Mercedes” markalı sənişin avtobusunda Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Akşin Cəmşid oğlu Cəbrayılovla avtobusun digər sərnişini, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qüdrət Səfa oğlu Mövsümov arasında Kürdəmir rayonu ərazisində mübahisə yaranıb.

Mübahisə nəticəsində Akşin Cəbrayılov üzərində gəzdirdiyi bıçaqla Qüdrət Mövsümova bir neçə bıçaq xəsarəti yetirib.

Q.Mövsümov Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra zərərçəkənin həyatını xilas etmək mümkün olub.

Hadisə yerindən qaçan Akşin Cəbrayılov isə Kürdəmir Rayon Polis Şöbəsində yaradılmış əməliyyat-axtarış qrupu tərəfindən gecə saatlarında rayon ərazisində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, A.Cəbrayılov əvvəllər də quldurluğa görə məhbus həyatı yaşayıb.

Azərbaycanda avtobusda bıçaqlanma

  • 27-08-2015, 20:46
  • 790


Oxşar mövzular
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI