Göyçayda yerləşən tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar

Göyçayda yerləşən  tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar

Göyçayda XIX əsrdə tikilmiş "Yeraltı Hamam" abidə kompleksi məhv edilir. Baxımsız qalan tarixi abidənin ətrafı zibilxanaya çevrilib. Göyçay sakinlərindən biri tarixi abidənin vəziyyəti ilə bağlı Xeberdar.net-ə fotolar göndərib. Fotolardan da göründüyü kimi Göyçay rayon rəhbərliyi bu tarixi abidəyə çox biganədir. İnsanların tariximizə biganəliyi adı çəkilən tarixi abidəni tamamılə məhv olmasına gətirib çıxara bilər.
Göyçayda yerləşən  tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar
Qeyd edək ki, "Yeraltı Hamam" Həzrət bəy Ağazadə tərəfindən qızına cehizlik tikdirilib. Hamam ona görə yeraltı adını alıb ki abidənin əsas hissəsi 2 metr dərinlikdədir. Kvadrat şəklində olan tikilinin böyük və kiçik salonu var. Böyük salon qadınlar, kiçik salon isə kişilər üçün olub.

Bundan başqa hamamda bir neçə tək adamlıq otaqlar var. XIX əsrdə tikilmiş "Yeraltı Hamam" abidə kompleksi arxitektur sənətkarlıq baxımından başqa abidələrdən seçilir. Bu hamamın çirkab sularının hansı yolla hara axıdıldığı hələ də sirr olaraq qalır. Hamamın bir özəlliyi də budur ki, qış vaxtı döşəməsi isti olub. Repressiya illərində hamamdan həbsxana kimi istifadə edilib. II dünya müharibəsindən sonra isə hamam pendir sexi kimi fəaliyyət göstərib. Qeyd edək ki, abidə dövlət tərəfindən qorunur. Memarlıq abidəsi ölkə əhəmiyyətli hesab olunsa da, hazırda çox baxımsız vəziyyətdədir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra memarlıq abidəsinin heç bir fəaliyyəti olmayıb. Göyçay sakinlərinin sözlərinə görə müstəqillik dövründə hamam yalnız bir dəfə təmir olunub. Ölkə əhəmiyyətli hesab olunan bu memarlıq abidəsinə aidiyyəti qurumlar diqqəti tezliklə artırmasalar, onun izi tarixdən birdəfəlik silinəcək.

Xeberdar.net

Göyçayda yerləşən  tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar
Göyçayda yerləşən  tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar
Göyçayda yerləşən  tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar
Göyçayda yerləşən  tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar
Göyçayda yerləşən  tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar
Göyçayda yerləşən  tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar
Göyçayda yerləşən  tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar
Göyçayda yerləşən  tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar

Göyçayda yerləşən tarixi "Yeraltı Hamam" zibilxanaya çevrilib_fotolar

  • 22-08-2016, 21:34
  • 1 097


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI