Bankların bu qərarı risklərdən sığortalanmaq üçündür

Bankların bu qərarı risklərdən sığortalanmaq üçündür

Mərkəzi Bank ölkədə banklarının xarici valyutada kredit verməkdən imtinası məsələsinə aydınlıq gətirdi



Azərbaycan banklarının xarici valyutada kredit verməyi dayandırmaq qərarı risklərdən sığortalanmaq istəyi ilə əlaqədardır.

Xeberdar.net bildirir ki, bu barədə Trend-ə ötən gündən etibarən bəzi bankların həm nağd, həm də kart vasitəsilə dollarla kredit verməyi dayandırması ilə bağlı xəbərə münasibət bildirən Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-dən bildirilib ki, Mərkəzi Bank banklara kreditləri yalnız manatla verməklə bağlı göstəriş verməyib: “Qanunvericiliyə əsasən, ölkə ərazisində fəaliyyət göstərən bankların hansı valyutada kredit verməklə bağlı müstəqil seçim etmək hüququ var. Hər bir bank özünün kredit siyasətini həyata keçirir. Belə bir qərarla onlar özlərini risklərdən sığortalamaq istəyirlər”.

Xarici valyutada kreditin verilməsi ilə yanaşı, banklar müştərilərə dollarla olan mövcud borclarını manata köçürmək imkanı təklif edir. Bu proses manatla yeni kreditin alınması və bu vəsaitlə xarici valyutada kreditin ödənilməsi vasitəsilə mümkündür.

Bununla yanaşı, bazarda həm manat, həm də dollarla kredit verməyə davam edən banklar qalıb.

Ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankı bir müddət bundan əvvəl kreditlərin yalnız manatla verilməsi ilə bağlı qərar qəbul etmişdi.

Bankların bu cür davranması, xarici valyutada kredit verməkdən imtina etməsi qonşu ölkələrin devalvasiya proseslərinin gücləndiyi valyuta bazarının vəziyyəti və Azərbaycan manatının məzənnəsinin dəyişəcəyi təqdirdə bankların özlərini risklərdən sığortalamaq istəyi ilə izah edilir.

Bankların bu qərarı risklərdən sığortalanmaq üçündür

  • 28-08-2015, 10:59
  • 784


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!
  2. Övladının günahını valideynlərindən çıxan riyakar” Qəhrəman ” lar
  3. Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
  4. Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
  5. Mirvarid Dilbazi yad edilib
  6. GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)
  7. Baş Prokurorluq və DİN Goranboydakı hadisəylə bağlı birgə məlumat yaydı
  8. İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
  9. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı
  10. “Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI