Əli Əliyev YAP-la müxalifəti gözləyir

Əli Əliyev YAP-la müxalifəti gözləyir

“Hələlik əsas seçki tərəfləri öz mövqelərini açıqlamayıb. Xüsusilə də mənə Yeni Azərbaycan Partiyasının siyahısı çox önəm kəsb edir.”

Xeberdar.net Avropa.info-ya istinadən xəbər verir ki, bunu Modern.az-a Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev söyləyib.

O, “Azadlıq-2015” seçki blokunun deputatlığa namizədlərinin ilkin siyahısında adının olmamasına aydınlıq gətirib. “Siyahı natamamdır. Orda tək mənim deyil, xeyli şəxsin adı yoxdur. Çünki bizim blok namizəd sayını təxminən 90 dairə üzrə müəyyənləşdirmək niyyətindədir. Həmin dairələr üzrə siyahıda namizədlər içərisində mənim də adım var. Çox güman ki, gələn ayın əvvəli, ya bu ayın sonu hansı dairədən irəli sürəcəyimi açıqlayacağam”.

Mənim üçün ümumi seçki mənzərəsi vacibdir. Hələlik əsas seçki tərəfləri öz mövqelərini açıqlamayıb. Nə YAP nə də müxalifət daxilində olan Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mövqelərini elan etməyib. Ona görə də mən ümumi dairələr üzrə mənzərini müəyyənləşdirmək istəyirəm. Bundan sonra konkret qərar qəbul edəcəyəm”.

Qeyd edək ki, “Azadlıq 2015” seçki bloku Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı blokun seçki dairələri üzrə razılaşdırılmış namizədlərin ilkin siyahısını açıqlayıb. Siyahıda Bütöv Azərbaycan Partiyası (BAP) sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin adları var.

Əli Əliyev YAP-la müxalifəti gözləyir

  • 28-08-2015, 10:31
  • 939


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  4. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  5. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  6. TOFİQ YAQUBLU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ - Siyasi partiyalar tərəfindən
  7. 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə
  8. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  9. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  10. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI