İnsan alverində təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb

 İnsan alverində təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıbBakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Nailə Bağır barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Report"un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 29-na təyin edilib.

Qeyd edək ki, N.Bağır 2013-cü ildə N.M və B.S (adlar şərtidir) adlı qadınları Türkiyəyə apararaq, onları cinsi istismara qoyub. Zərərçəkmişlər 2016-ci ildə N.Bağırdan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsininə şikayət ediblər. Daha sonra N.Bağır saxlanılıb.
O, Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub.

Bu il iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Bağır 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib.
Xatırladaq ki, N.Bağır 2009-cu ildə də eyni əmələ görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində onun cəzası 3 ilə endirilib. 2012-ci ildə azadlığa çıxıb, məhkumluğu tam ödənilməyib.

Xeberdar.net

İnsan alverində təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb

  • 25-08-2016, 11:06
  • 524


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Tanınmış polis rəisinin gənc oğlu vəfat etdi
  4. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  5. Yeni başçı Vilyam Hacıyevin rəqsə meyilli kadrı ilə işləyə biləcəkmi? - VİDEO
  6. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  7. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  8. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  9. Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi–”Qozbeli qəbir düzəldər”–Araşdırma
  10. Sabah güclü külək əsəcək
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI