Qusar sakini dənizdə batıb

Qusar sakini dənizdə batıbXəzər dənizinin Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisindəki hissəsində bir nəfər dənizdə batıb.

Qusar rayon Yasab kənd sakini, 1990-cı il təvəllüdlü Xalidov Teymur Aydın oğlu avqustun 25-də gecə saatlarında, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıdakı nəzarətsiz ərazidə, dənizdə batıb. Batan şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunub.

Aparılan axtarışlar nəticəsində T. Xalidovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

(apa)

Qusar sakini dənizdə batıb

  • 25-08-2016, 11:30
  • 555


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI