"Müxalifət dərin böhran içərisindədir" - YAP-çı deputat

"Müxalifət dərin böhran içərisindədir" - YAP-çı deputat


Hakim Yeni Azərbaycan Partiyası (YAP) Əli Kərimli və Razi Nurullayev AXCP adı uğrunda gedən mübarizəyə münasibət bildirib.

Partiyanın İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə azvision.az-a açıqlamasında bildirib ki, hər ötən gün Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-yə qoşulanların sayı artır.

YAP rəsmisi fikirlərini belə davam etdirib: “Hazırda müxalifət dərin böhran içərisindədir və buna səbəb onların yürütdüyü radikal siyasət, cəmiyyətə zidd milli mövqedir. Razi Nurullayev də Əli Kərimlini partiyadan uzaqlaşdırmaq, partiyanı sağlamlaşdırmaq xəttini götürüb. Görünən mənzərə budur ki, AXCP-də Razi Nurullayevi dəstəkləyənlərin sayı durmadan artır.

Razi Nurullayevin başlatdığı mübarizəyə səssiz qalan Əli Kərimli əslində böyük təşviş içərisindədir və hər keçən gün partiyaya nəzarəti bir qədər də itirir. Yəqin o ya möcüzə baş verməsini gözləyir, ya da xaricdən müəyyən dairələrin məsələyə qarışaraq Razi Nurullayevi ona qarşı mübarizədən çəkindirməyə çalışacağına güvənir. Ancaq fakt göz qarşısındadır”.

A. Mirzəzadə vurğulayıb ki, bu gün Əli Kərimlinin mövqeyi ilə siyasətdə yer tutmaq mümkün deyil.

"Müxalifət dərin böhran içərisindədir" - YAP-çı deputat

  • 28-08-2015, 16:05
  • 795


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI