Tovuzun Qovlar şəhəri və kəndləri 3 gündür elektriksiz qalıb

Tovuzun Qovlar şəhəri və kəndləri 3 gündür elektriksiz qalıb«DEYİRLƏR 3-4 GÜN DƏ OLMAYACAQ»

«Avqustun 27-dən işıqsız qalmışıq. Deyirlər, hələ üç-dörd gün də olmayacaq». Tovuz rayonu Aşağı-Quşçu sakini Esmira Əyyubova AzadlıqRadiosuna belə deyir.

Qovlar şəhər sakini Vaqif Əhmədov da eyni problemdən şikayətçidir: «Qovlarda yardımçı stansiya yanıb. Neçə gündür düzəltməyə çalışırlar. Dünən axşam elektriki vurdular, amma alınmadı. Hələ qaranlıqdayıq».

«YAĞIMIZ, ƏTİMİZ XARAB OLDU»

Vaqif Əhmədovun sözlərinə görə, elektrik enerjisinin olmaması narazılıq yaradıb: «Camaatın soyuducusu yanıb. Neçə gündür elektrik yoxdur, kimin nə ərzağı vardı, xarab oldu. Elə bizim soyuducuda 5-6 kilo ətimiz, cücəmiz, yağımız, ağartı məhsulumuz vardı, hamısı zay oldu. Yayda harada saxlayasan əti, yağı? Nə qədər ziyana düşdük. Suyu motorla vururuq, işıq yoxdur deyə, onda da problem var. Ona görə camaat narazıdır. Nə Qovlarda, nə də kəndlərdə işıq var».

Nəzakət Hüseynova isə deyir ki, axşamları şam işığında otururlar, yuyunmağa su qızdırmalı olurlar.

«ÜÇ GÜNDÜR YATMIRIQ»

Tovuz rayon icra başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Mahir Həsənov avqustun 30-da axşam saatlarında kəndlərə enerji verilişinin bərpa olunacağını bildirir: «Qovlar şəhərində yardımçı stansiya yanmışdı. O da beş-altı kəndi əhatə edir. Bu gün kəndlərimizdə elektriklə bağlı problem qalmaqdadır. Amma iş gedir. İşıq təsərrüfatı, ümumiyyətlə, sıradan çıxıb. Üç gündür nə icra aparatı, nə də enerjiyə cavabdeh olanlar yatırlar».

M.Həsənov qasırğanın rayona böyük ziyan vurduğunu söyləyir. O, bəzi kəndlərdə dam örtüklərinın sıradan çıxdığını, xüsusən də rayonun ən böyük kəndi olan Aşağı-Quşçuda üzüm bağlarına ciddi zərər dəydiyini bildirir.

Komissiya sədri bu gündən – avqustun 30-dan rayonun əvvəlki halına qayıda biləcəyini deyir. Sakinlərsə o qədər də ümidli deyillər.

Avqustun 27-də bəzi bölgələrdə güclü qasırğa olub. Nəticədə təsərrüfatlara böyük ziyan dəydiyi bildirilir.

Xeberdar.net

Tovuzun Qovlar şəhəri və kəndləri 3 gündür elektriksiz qalıb

  • 30-08-2016, 16:42
  • 491


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI