“Bundan sonra hərə əlinə bir papaq alıb dilənəcək”

“Bundan sonra hərə əlinə bir papaq alıb dilənəcək”Məmurlar Ağdaşın Qaradeyin kənd sakinlərinin əkib-becərdikləri torpaqları mənmsəyib
Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün münbit təbii şəraiti olan Ağdaş rayonu Qaradeyin kəndinin torpaq sahəsi özünü yerli icra hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən zəbt olunur. Sakinlərinin əkib-beçərdikləri torpaqlar onların əllərindən alınır.

Bu barədə “Bizim Yol”a müraciət edən kənd sakini Əliyev Aqşin Cəbrayıl oğlu bildirib. “İqliminə görə qışı mülayim, yayı isə quraq və istidir. Kəndimiz Kür çayı sahilində yerləşir və çayın ətrafı Tuqay meşələri ilə qorunur. Meşə İdarəsindən (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsindən-R.İ.) 2 hektar torpaq sahəsi icrayə götürüb əkib-becəririk. İldə bir dəfə 50-70 manat arası icarə haqqı veririk. 1990-cu illərdə bizə şoran torpaq sahəsindən pay torpağı sahəsi verilmişdi.

Orda kənd təsərrüfatı ilə məşğul olmaq gəlirli deyildi. Çəkdiyimiz əziyyətin bəhrəsini görürdük. Ona görə də icarəyə torpaq sahəsi götürdük. Ağsu rayon İcra Hakimiyyəti bizim yaxşı dolanışığımızı görüb torpaq sahəsinə göz dikib. Ağır texnikanı əkin sahəsini gətirdi. İcra hakimiyyəti əməkdaşının nəzarəti altında ağır texnika əkin sahələrini dağıdır və yandırırlar. Meşənin girişində “meşələri oddan qoruyaq” yazılıb, amma meşə ərazisində əkin sahələrini yandırırlar. Bütün bu olanlara etiraz edənləri polis şöbəsində işgəncə ilə təhdid edirlər. Ona görə də camaat səsini çıxartmır. Meşə idarəsi də bizə deyir ki, yerli icra hakimiyyətinə təsir etmək gücü yoxdur. Məmurlar deyir ki, burda biz əkəcəyik. Məgər, biz pis əkirik, ya əkə bilmirik? Sakinlər pisdən-yaxşı dolanırdı. Bundan sonra hər sakin əlinə bir papaq alıb Bakı-Qazax yolunda dilənəcək”. Məsələ ilə bağlı Ağdaş rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən bildirildi ki, meşə sahəsi olan ərazidə kənd təsərrüfatı işlərinin aparılması üçün tədbir görülür: “Həmin ərazi meşə sahəsidir, sakinlərin pay torpaq sahəsi deyil. Həmin torpaq sahəsində pambıq, çəltik və çəkil ağacının əkilməsi nəzərdə tutulub”.

Xeberdar.net

“Bundan sonra hərə əlinə bir papaq alıb dilənəcək”

  • 30-08-2016, 16:49
  • 392


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI