“Sovet dönəmindən qalan hərbi hissələrin ərazisi ciddi təmizlənməlidir”

“Sovet dönəmindən qalan hərbi hissələrin ərazisi ciddi təmizlənməlidir”


“Bu ərazilərdə partlamamış silah-sursatın olması ehtimalı böyükdür”


Xeberdar.net xəbər verir ki, Neftçala rayonunda iki sakin mina partlayışı nəticəsində xəsarət alıb. Minaların Neftçalada necə peydə olması, vətəndaşların hansı şəraitdə xəsarət alması ilə bağlı məlumata malik olmasaq da, rayon sakinlərinin sovet dönəmindən qalan hərbi hissə və poliqon ərazisindəki sursatın partlaması nəticəsində yaralandığı ehtimal edilir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov da bu ehtimalın daha inandırıcı göründüyünü vurğuladı:
“Keçmiş sovetlər dönəmində Azərbaycan ərazisində yerləşən hərbi hissələr köçürülsə də, onların bəzisinin ərazisində müəyyən silah-sursatlara hələ də təsadüf olunur. Bu yaxınlarda ANAMA əməkdaşları Lənkəran şəhəri ərazisində, keçmiş SSRİ dönəmindən qalan hərbi hissə ərazisində təmizləmə işləri həyata keçirdilər. Bu baxımdan Neftçala ərazisində də keçmiş hərbi hissənin ərazxisində partlamamış silah-sursatın olması mümkündür. Bu silah-sursatlar ya elə yerdə ola bilər ki, onu tapa bilməyiblər, ya da həmin ərazidə təmizləmə işləri aparmayıblar.
Hesab edirəm ki, sovet dönəmindən qalan hərbi hissələrin ərazisində, poliqonlarda ciddi təmizləmə işləri aparılmalıdır. Elə etmək lazımdır ki, vətəndaşlar bundan ziyan görməsin. 1941-1945-ci illərə məxsus olan, haralardasa qalan silah-sursatın səs-sədası bu günə qədər də gəlib çatmaqdadır. Buna görə də Neftçalada minaya düşən şəxslərin sovet dönəmindən qalan silah-sursatın partlaması nəticəsində xəsarət alması istisna olunmur. Bu sursatlar necə, hansı şəraitdə işə düşüb, bu artıq müvafiq dövlət orqanlarının apardığı araşdırma nəticəsində bəlli olacaq”.

“Sovet dönəmindən qalan hərbi hissələrin ərazisi ciddi təmizlənməlidir”

  • 29-08-2015, 13:35
  • 744


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır
  2. Partiya sədri Şuşa ilə bağlı Prezidentə müraciət etdi
  3. "Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ
  4. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
  5. İqbal Ağazadənin təklifi Milli Məclisdə gündəmə gətirildi
  6. Vəhşicəsinə öldürülən “Emin 444”ün anasından şok açıqlamalar – Video
  7. Deputat: “Karantin rejimində toylar keçirilsin”
  8. Azərbaycan sərhədləri açır? - Nazirlər Kabineti açıqladı
  9. Millət vəkili problemi həll etdi - FOTO
  10. Sabiq Nazirin topdağıtmaz biznesi - SİYAHI
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI