Mingəçevir hadisələrinə daha bir rəsmi reaksiya

Mingəçevir hadisələrinə daha bir rəsmi reaksiya

Dövlət rəsmisi insanların narahatlığının anlaşılan olduğunu bildirib.


Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir müddət əvvəl Mingəçevirdə polis bölməsində bir gəncin ölümü ilə insanlar arasında yaranan narahatlığa aydınlıq gətirib.

Xeberdar.net ANS PRESS-ə istinadən xəbər verir ki, Əli Həsənov səbəbindən asılı olmayaraq belə bir hadisənin baş verməsini pisləyib. O, həmin hadisənin Dövlət Başçısının nəzarəti altında olduğunu və araşdırıldığını deyib.

“Bir vətəndaşın onun hüquqlarını müdafiə edən cəmiyyətdə asayişi bərqərar eləyən və asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını dəyişməsi hansı səbəbdən olursa olsun, yaxşı hal deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olubdu, istər ehtiyatsızlıqdan olub, istər məsuliyyətsizlikdən olub, istərsə də ortada cinayət faktı var və yaxud yoxdur”, - deyə Əli Həsənov bildirib.

Dövlət rəsmisi insanların narahatlığını anladığını, lakin bunun ictimai asayişi pozmaq üçün səbəb olmadığını deyib.


Əli Həsənov - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi


“Təəssüflər olsun ki, bu, hadisə baş verdi. Bu hadisədən narahatlıq da oldu. O cümlədən Mingəçevir şəhər ictimaiyyətinin, mərhumun qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki, əsassız idi. Amma sadəcə olaraq hər bir insanın narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdı. Digər insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır. Bir hadisənin qarşısını almaq üçün başqa hadisələrə zəmin yaratmamlıdır”, - deyə prezident administrasiyasının İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əlavə edib.

Mingəçevir hadisələrinə daha bir rəsmi reaksiya

  • 29-08-2015, 15:06
  • 715


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır
  2. Partiya sədri Şuşa ilə bağlı Prezidentə müraciət etdi
  3. "Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ
  4. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
  5. İqbal Ağazadənin təklifi Milli Məclisdə gündəmə gətirildi
  6. Vəhşicəsinə öldürülən “Emin 444”ün anasından şok açıqlamalar – Video
  7. Deputat: “Karantin rejimində toylar keçirilsin”
  8. Azərbaycan sərhədləri açır? - Nazirlər Kabineti açıqladı
  9. Millət vəkili problemi həll etdi - FOTO
  10. Sabiq Nazirin topdağıtmaz biznesi - SİYAHI
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI