Saatlının təhsil şefinin rüşvət, yalan və dələduzluq macərası

Saatlının təhsil şefinin rüşvət, yalan və dələduzluq macərası

Saatlı rayon təhsil şöbəsinin rəhbəri Şamil Nurəliyev haqda redaksiyamıza ilginc məlumatlar daxil olub. Xatırladaq ki, bu təhsil oliqarxının qanunsuz əməlləri haqda bundan öncə də yazmışdıq. “Saatlının təhsil şefinin şok dosyesi: saxta arayışlar, saxta pul kartı və rüşvət” başlıqlı yazıda Ş.Nurəliyevin saxta arayışlarla banklardan pul çəkmə əməliyyatlarında iştirakından bəhs etmişdik. İndi isə cumhuriyyet.az-a daxil olunan ittiham konkret rüşvət və dələduzluq olayı ilə bağlıdır.
Saatlı rayon Minbaşı kənd sakini Mirzəyeva Şükufə Nəsşib qızı redaksiyamıza ünvanladığı məktubda Şamil Nurəliyev tərəfindən aldadıldığından və pulunun mənimsənilməsindən bəhs edir. Bildirək ki, şikayətçi vətəndaşın qızı Mirzəyeva Ülviyyə Şirvan şəhərində pedoqoji litseyi bitirib və valideyin övladının işlə təmin olunması üçün 2013-cü ildə Saatlı rayon təhsil şöbəsinin rəhbəri Şamil Nurəliyevə müraciət edir. Bundan sonra başına gələnlər haqda Ş.Mirzəyeva cumhuriyyet.az-a yazır: “Qızımın pedoqoji təhsilinin olduğunu bildirərək Ş.Nurəliyevdən onun Saatlı rayonunda orta məktəblərin birində ibtidai sinif müəlliməsi kimi işə götürülməsini xahiş etdim. O isə mənə bu işin həll oluna biləcəyini, amma ilkin olaraq Ağaxəlil adlı bir şəxslə görüşməyi məsləhət gördü. Mən Ağaxəlillə görüşdüm. O bildirdi ki, “pulsuz heç nə həll olunmur, 2 (iki) min manat ver qızını Minbaşı kənd orta məktəbinə müəllim götürək. Təqaüdçü kimi “Kapital Bank”dan kredit götürüb Ağaxəlilə iki min manat verdim. Amma vaxt keçsə də qızım işə düzəlmədi. Mən hər dəfə təhsil şöbəsinə, Şamil müəllimə üz tutduqda o, “səbrli ol, az vaxtdan sonra qızının işi həll olunacaq”-deyə məni arxayın edirdi. Beləcə bir il keçdi, amma daşdan səs çıxdı ki, Şamil müəllimdən xəbər çıxmadı.”
Şikayətçinin sözlərinə görə Saatlı rayon təhsil şöbəsinin rəhbəri Şamil Nurəliyev ondan iki min manat rüşvət alıb. Amma rayon təhsil şefinin qanunsuzluğu bununla yekunlaşmayıb. Vətəndaşın övladının işi ilə bağlı tələblərini sakitləşdirmək üçün Şamil müəllim dələduzluğa bərabər yalana imza atıb. Bu haqda cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, Ş.Nurəliyev bu ilin yanvar ayında vətəndaş Ş.Mirzəyevanı yanına çağırıb qızının işə düzəldiyini bildirir və ona pul kartı verib. Təhsil müdiri bildirib ki, “burda bir neçə ayın maaşı – 800 manat var, amma onun yarısını mən götürəcəm”. Əlacsız qalan valideyin övladının işi naminə buna da razılaşır. Amma, sonradan məlum olur ki, Şükufə xanımın qızı ilə bağlı heç bir əmr verilməyib, onun adı heç harda yoxdur, həmin pul kartını isə Ş.Nurəliyev saxta yolla düzəldib.
Bütün bunlar haqda redaksiyamıza üz tutan şikayətçi heç olmazsa pullarının geri qaytarılmasını, qızının dövlət tərəfindən işlə təmin olunmasını istəyir. Bildirək ki, məsələ ilə bağlı Saatlı rayon təhsil şöbəsinin rəhbəri Şamil Nurəliyevin 055 – xxx- 11-11 mobil telefon nömrəsinə dəfələrlə zəng etsək də, cavab verən olmadı. Amma cumhuriyyet.az olaraq bu məsələni tam araşdıracaq, vətəndaşın aldadılması, rüşvət alınması ilə bağlı Saatlı rayon prokurorluğuna müraciət edəcəyik.
Şamil Nurəliyevin imza atdığı dıgər qanunsuzluqlar:
Bank əməliyyatları;
Kənd məktəblərindəki “ölü canlar”dan toplanan pullar;
Saatlı rayon icra başçısının humanitar məsələlər üzrə müavini Reyhan Ocaqovanın Balakəndə yaşayıb Saatlıya ayağı dəyməyən qohumu Əzizbəyov adına 2 saylı orta məktəbdə necə təhsil alır?

Xeberdar.net

Saatlının təhsil şefinin rüşvət, yalan və dələduzluq macərası

  • 31-08-2015, 13:31
  • 694


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI