Sivil Toplum Platformasının ölkədə mövcud olan son siyasi basqılarla bağlı MÖVQE SƏNƏDİ yayıb

Sivil Toplum Platformasının ölkədə mövcud olan son siyasi basqılarla bağlı MÖVQE SƏNƏDİ yayıb

Xeberdar.net-ə daxil olan sənəddə deyilir:
"Sivil Toplum Platforması (STP) bir neçə aydır ki, ölkədə bütün ictimai münasibətlər sistemini zədələməkdə olan yeni basqı dalğasından narahatlığını bildirir. Əsas insan hüquq və azadlıqlarını, ictimai-siyasi fəallları, hakimiyyəti tənqid edən insanları hədəf alan belə basqılar ölkədəki idarəetmənin məhsulu olan siyasi məhbus problemi, sosial-iqtisadi böhranla birlikdə həm daxili ictimai-siyasi durumu, həm də beynəlxalq münasibətləri ciddi ölçüdə gərginləşdirir.
STP təəssüflə qeyd edir ki, basqılar mütəşəkkil xarakter daşımağa başlayıb. Onlarla insanın siyasi motivlərlə həbsdə olmasına, hüquq müdafiəçilərinin, beynəlxalq qurumların onların azadlığa buraxılmasını istəməsinə rəğmən, həbslərin, təzyiqlərin artması müşahidə edilir. Qanunlara, hüquqa məhəl qoymayan məhkəmələr siyasi sifarişlərin icraçısı funksiyasını yerinə yetirməkdədir.
Məhkəmə müstəqilliyi ciddi təhlükə altındadır, hakimlər qanuna və hüquqa məhəl qoymadan siyasi sifarişlə insan azadlığını məhdudulaşdırır. Nəinki topluma, hətta demokratik beynəlxalq ictimaiyyətə də aydındır ki, xeyli sayda müxalif və müstəqil düşüncəli şəxslər təqsirsiz olduqları halda, saxta ittihamlarla məhkəmə hökmü ilə cəzalandırılmaqdadır.
Konstitusiyaya zidd olduğu səbəbi ilə Referenduma etiraz edən siyasi qüvvələrə (Musavat Partiyası və REAL) qarşı total təzyiqlər göstərilərək, referendumda rəsmi iştiraka və təşviqata imkan verilməyib. REAL və NİDA üzvlərinin həbsi və cinayət təqibi, qondarma “Gülənçi işi” üzrə AXCP üzvlərinə qarşı həbslər və cinayət işlərinin aparılması, vaxtaşırı “Azadlıq” qəzetinin çapına süni əngəllərin yaradılması birbaşa ifadə azadlığına qarşı yönəlmiş sistemli siyasətdir. Vətəndaş cəmiyyəti qurumları təmsilçiləri təzyiq altında tutulmağa davam edir, onların sərbəst hərəkət etmək, fəaliyyət göstərmək imkanları məhdudlaşdırılmış qalır. Hökumət bütün baş verənlərə susur, təqiblərə heç bir inandırıcı izah verə bilmir.
STP hazırda baş verənlərin ölkə tarixində hüququn, barışın, həmrəyliyin ən ağır imtahanlar verdiyi, zorun qalib olduğu ən çətin dövr kimi qalacağını təəssüflə vurğulayır. Öz təməl hüquq və azadlıqlarının təmin olunmasını demokratik vasitələrlə istəyən vətəndaşları zorakılığa məruz qoymaq, həbs etmək, heç bir hakimiyyətə nüfuz qazandırmır. Əksinə, belə dözülməz mühit Azərbaycanı mütərəqqi dünyanın gözündən salır, ölkənin firavan gələcəyi üçün ciddi təhlükələr doğurur. Təəssüf ki, hökumət mövcud mühitdən narahat görünmür, durumun yumşaldılması yönündə çox vacib addımları atmağa maraq göstərmir.
STP mövcud ağır durumu aradan qaldırmağa yönəlik təcili əməli addımların atılmasını - ictimai-siyasi qurumlara normal fəaliyyət imkanının yaradılmasını, demokratik inkişafın əsas elementlərindən olan media və ifadə azadlığının təmin olunmasını, vətəndaşlarının təməl hüquq və azadlıqlarına hörmət göstərilməsini zəruri hesab edir və dövlət səlahiyyətini həyata keçirənlərin buna görə ciddi məsuliyyət daşıdığını bəyan edir."
Xeberdar.net

Sivil Toplum Platformasının ölkədə mövcud olan son siyasi basqılarla bağlı MÖVQE SƏNƏDİ yayıb

  • 20-09-2016, 15:06
  • 581


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI