Rəfail Tağızadə: “Müdafiə naziri Zakir Həsənovun generallarla keçirdiyi son toplantı vəziyyətin çox ciddi olduğunu göstərir”

Rəfail Tağızadə: “Müdafiə naziri Zakir Həsənovun generallarla keçirdiyi son toplantı vəziyyətin çox ciddi olduğunu göstərir”
Son günlər Avropa, Qərb və Rusiya ilə olan münasibətlərindəki gərginlik Azərbaycandakı siyasi vəziyyətin yaxın gəlcək üçün ağır olacağını deməyə əsas verir
Bu gün ölkə həyatında baş verən ən mühüm hadisə, mövzu referendumdur. Seçki günü olduğundan bu əsas hadisə və proses haqqında danışmağı sonraya saxlayaraq dünyada və ölkəmizdə qəbul edilən Konstitusiyalar haqqında bəzi xatırlatmalar etmək istəyirəm. Ümid Partiyası olaraq Konstitusiyaya edilməsi nəzərdə tutulan dəyişikliklər bağlı münasibətimizi geniş şəkildə açıqlamışıq.

Dünyada ilk Konstitusiya 1787-ci ildə ABŞ -da qəbul edilmişdir (1789-cu ildən qüvvədədir). Konstitusiyaya bu günə qədər 26 dəyişiklik edilmişdir, onlardan 10-u 1789-cu ildə Hüqüqlar haqqında Bill adı ilə qəbul olunmuşdur.
1791-ci il 3 may tarixli Polşa Konstitusiyası Avropada ilk və dünyada ikinci Əsas Qanun hesab olunur...
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib
26 sentyabr 2016-cı ildə keçirilən referendumda dövlətin ali qanununa-Konstitusiyaya yenidən dəyişikliklər ediləcək. Referendum Aktı layihəsində Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülüb.
Bu 21 il ərzində Ana Yasaya ediləcək üçüncü dəyişiklik olacaq. Sosial tələblərdən doğmalı olan Konstitusiyanın əsas: hüquqi, sosial, siyasi, tərbiyəvi funksiyalarında edilməsi nəzərdə tutulan dəyişikliyin zəruriliyi barədə vətəndaşlar üçün aydınlıq gətirilmədi. Müzakirələr aparılmadı.
Bu da onsuz da narahatlıq içində boğulan vətəndaşlarda əlavə suallar yaratdı: Referendumdan sonra qiymətlər daha fantastik dərəcədə qalxmayacaq ki? İqtisadi islahatlar aparılacaqmı? Vəziyyətimiz düzələcəkmi? İnsana aid olan, ancaq anlaşılmayan məsələlərdən doğan sualları həmişə çox olur.
Ölkədəki iqtisadi-sosial durum insanları ölkə üçün daha vacib, daha önəmli məsələlər haqqında düşünməkdən çəkindirir. Nə qədər acı da olsa da, bu həqiqətdir. Reallıqdır.
Son günlər pensiya pullarını ala bilməməklə bağlı rayonlardakı etirazlar buna əyani sübutdur.

Hamını narahat edən məsələrdən biri də Cənubi Qafqazda baş verən son durum, ATƏT-in həmsədri olan Rusiya tərəfindən Ermənistana operativ-taktiki “İsgəndər-M” raket komplekslərinin verilməsidir. Bu bölgədəki hərbi durumu gərginləşdirir. Müdafiə naziri Zakir Həsənovun generallarla keçirdiyi son toplantı vəziyyətin çox ciddi olduğunu göstərir. Bütün bunlar sülh danışıqlarının əhəmiyyətsiz, sadəcə, növbəti bir görüş imitasiyasından o yana keçmədiyi qənaətini bir daha təsdiqləmiş olur.
Son günlər Avropa, Qərb və Rusiya ilə olan münasibətlərindəki gərginlik Azərbaycandakı siyasi vəziyyətin yaxın gəlcək üçün ağır olacağını deməyə əsas verir. Hakimiyyət ciddi islahatlara başlamalıdır. Bu həm iqtisadi, həm də siyasi sahədə özünü göstərməlidir. Bu cür ağır situasiyalardan çıxmaq üçün hakimiyyət daxildə barış və sosial durumun yaxşılaşdırılması üçün lazımi addımlar atmalıdır.

Rəfail Tağızadə

Ümid Partiyası Ali Məclisinin sədri
Xeberdar.net

Rəfail Tağızadə: “Müdafiə naziri Zakir Həsənovun generallarla keçirdiyi son toplantı vəziyyətin çox ciddi olduğunu göstərir”

  • 26-09-2016, 13:46
  • 925


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI