“Qarabağ“dan daha iki transfer

“Qarabağ“dan daha iki transfer


Transfer pəncərəsi bağlanmasına baxmayaraq, “Qarabağ” heyətini gücləndirməkdə davam edir. Piasport.az xəbər verir ki, Ağdam klubu daha iki futbolçunun keçidini rəsmiləşdirib.

Samuel Armenterosdan sonra mərkəz müdafiəçisi Vladimir Dimitrovski və yarımmüdafiəçi Migel Markos Maderanın da karyerasını Azərbaycan çempionunda davam etdirəcəyi dəqiqləşib. Dimitrovski ilə bağlı yaranmış problem artıq yoluna qoyulub. Hər iki futbolçu “Qarabağ”la iki illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, son klubu “Kerkira” olan Vladimir Dimitrovski hazırda Makedoniya millisinin heyətində AVRO-2016-nın seçmə mərhələ oyunlarına hazırlaşır. 27 yaşlı müdafiəçi sentyabrın 8-də İspaniya ilə keçiriləcək qarşılaşmadan sonra Azərbaycana gələrək yeni komandasına qoşulacaq. Miçel kimi tanınan Migel Markos Madera isə İsrail klubu “Makkabi”dən (Hayfa) gəlib. 30 yaşlı ispaniyalı futbolçu karyerası ərzində “Sportinq Xixon”, “Birmingem”, AEK və “Xetafe” klublarında çıxış edib. /Piasport.az/

“Qarabağ“dan daha iki transfer

  • 2-09-2015, 12:11
  • 699


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  2. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
  10. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI