Bakı Nəqliyyat Agentliyi taksilərin vahid qeydiyyat sisteminin yaradılması üçün tədbirlərə başlayıb.

Bakı Nəqliyyat Agentliyi taksilərin vahid qeydiyyat sisteminin yaradılması üçün tədbirlərə başlayıb.
Bakı Nəqliyyat Agentliyi taksilərin vahid qeydiyyat sisteminin yaradılması üçün tədbirlərə başlayıb.
Xeberdar.net xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova AZƏRTAC-a deyib.

O, bildirib ki, əsas məqsəd taksi xidməti ilə məşğul olan fiziki və hüquqi şəxsləri fərqlənmə nişanları almağa cəlb etməkdir. Bununla bağlı agentlikdə xüsusi işçi qrupu yaradılıb və həmin qrup şəhərdə taksilərin sıx toplaşdığı ərazilərdə araşdırmalara başlayıb. Qrup üzvləri taksi sürücüləri ilə fərdi söhbətlər aparır və onlara fərqlənmə nişanlarının üstün cəhətləri izah olunur.

N.Allahyarova qeyd edib ki, fərqlənmə nişanlarının alınmasının əsas üstünlüyü odur ki, biz Bakıda fəaliyyət göstərən taksilərin sayını müəyyənləşdirəcəyik. Bundan sonra, Bakıda fəaliyyət göstərən taksilərin vahid qeydiyyat sistemi yaradılacaq.

“Fərqlənmə nişanı almaq istəyən şəxs istənilən bank filialında 18 manat rüsum ödəyərək Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ödəmə qəbzini təqdim edir və fərqlənmə nişanı alır. Fərqlənmə nişanı alan bütün taksilər şəhərin istənilən nöqtəsində dayana və normal taksi fəaliyyəti ilə məşğul ola bilər. Nişan hər ay alınmalıdır” – deyə, N.Allahyarova vurğulayıb.

N.Allahyarova fərqlənmə nişanı almayan taksilərin fəaliyyətinin qanunsuz hesab ediləcəyini söyləyib.

Bakı Nəqliyyat Agentliyi taksilərin vahid qeydiyyat sisteminin yaradılması üçün tədbirlərə başlayıb.

  • 1-10-2016, 22:05
  • 401


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  4. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  5. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  6. TOFİQ YAQUBLU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ - Siyasi partiyalar tərəfindən
  7. 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə
  8. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  9. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  10. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI