İlham Əliyev icra başçılarını işdən çıxardı

İlham Əliyev icra başçılarını işdən çıxardı

Sərəncama əsasən, Azərbaycanda qadın icra başçısı təyin edilib.


Azərbaycan prezidenti İlham Əliyev bir sıra icra başçılarını vəzifələrindən azad edib.

Xeberdar.net ANS PRESS-ə sitinadən xəbər verir ki, prezident İlham Əliyev Eldar Əziz oğlu Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Zakir Fərəc oğlu Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.


Eldar Əziz oğlu Əzizov

Başqa bir sərəncamla isə Zakir Fərəc oğlu Fərəcov Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

İlham Əliyev Nəsib Məhəmməd oğlu Məhəməliyevin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Başqa bir sərəncamla isə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Asif Yunis oğlu Əsgərov

Prezident İlham Əliyev, həmçinin Eldar Əziz oğlu Əzizovun Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bundan başqa, dövlət başçısı İradə Akif qızı Gülməmmədovanın Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

İlham Əliyev icra başçılarını işdən çıxardı

  • 2-09-2015, 19:31
  • 1 040


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI