İcra başçısı Zakir Fərəcov iş adamlarını və fəhlələri necə aldadıb? - Milyonlar mənimsənib

İcra başçısı Zakir Fərəcov iş adamlarını və  fəhlələri   necə aldadıb? - Milyonlar  mənimsənib


Son günlər Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov barəsində ölkə mətbuatında silsilə olaraq yazılar dərc olunmaqdadır. Xüsusən icra başçısının Sumqayıt şəhəri ərazisində inşa etdirdiyi dəniz kənarı Bulvarda işləyən fəhlələrin aylardan bəri qalan maaşlarını, sahibkarlardan nisyə götürdüyü küllü miqdarda inşaat materialının pullarını verməməsi, dövlət tərəfindən ayrılan yüksək məbləğdə pulları mənimsəməsi iddia olunur. Belə ki, ölkə rəhbəri, Zakir Fərəcovu Sumqayıt şəhərinə icra başçısı təyin edəndən bu günə qədər Sumqayıt şəhərinin abadlığına 20 milyon manatdan çox pul ayırıb. Lakin ayrılan məbləğin icra başçısı tərəfindən havaya sovurulduğu iddia edilir.
Xeberdar.net-in redaksiyasına daxil olan məlumatda Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov və onun komandasının törətdiyi əməllərlə bağlıdır. Məlumatda bildirilir ki, bu yaxınlarda Prezidentin də şəxsən açılışına gəldiyi Sumqayıt Bulvarının tikintisi zamanı başçı bir sıra iş adamlarından küllü miqdarda dəyəri olan tikinti material götürüb və sonradan onların pulunu ödəməyib. Habelə, işlətdikləri işçilərin də bu cür aldadıb. Onları işlədərək pullarını ödəməyib.
Mənbə bildirir ki, Zakir Fərəcov gördükləri işin müqabilində pulları iyun ayınadək ödəsə də, ondan sonra isə pulları ödəməkdən imtina edib. İyun ayından sonra iş adamları pullarının ödənmədiyini görüb tikinti materialı verməkdən imtina ediblər. Bir daha onlarla işləməyəcəklərini bildiriblər. Daha sonrada isə icra hakimiyyətindən Fəzail adlı bir şəxs gələrək, icra başçısının etibarlı adamı olduğunu bildirib və birgə işə davam etməyi təklif edib. İş adamları da Prezidentin etimad edərək təyin etdiyi icra başçısının göndərdiyi adamın sözlərinə inanaraq, razılıq veriblər. Fəzail adlı şəxs söz verib ki, prezident açılışa gələndən sonra bütün pullar qəpiyinədək ödəniləcək. Hətta sentyabr ayının 27-də prezident bulvarın əsaslı təmiri üçün Zakir Fərəcovu medalla təltif edib. Açılışdan sonra isə pullarını yenidən tələb edən şirkətə Zakir Fərəcov oyun qurub. Pullarını tələb edən iş adamlarına və işçilərə bildirib ki, qalan pulları iş adamı Müqayis Verdiyevə verib. Sonra isə Müqayis Verdiyev adlı digər iş adamını həbs etdirib. Onun barəsində məhkəmə 3 ay həbs qətimkan tədbiri seçib.
Daxil olan məlumatda bildirilir ki, iş adamının həbsi icra başçısnın xüsusi göstərişi ilə əlaqəlidir. Çünki Sumqayıt şəhəri ərazisində inşa edilən Bulvar məhz iş adamının işçi qüvvəsi tərəfindən həyata keçirilib.Bulvar təmamilə hazır olmasına baxmayaraq, icra hakimiyyəti nə iş adamının, nə də fəhlələrin əmək haqqlarını verməyib. İşçilərin əmək haqqlarını icra başçısından tələb edən iş adamı Zakir Fərəcovun qəzəbinə tuş gələrək qanunsuz olaraq həbs olunub. İndi sahibkarlar və işçilər pullarını kimdən alacaqlarını bilmirlər.
Reallıq.info-nun məlumatına görə, Zakir Fərəcov ikinci böyük şəhərdə qohumlarına hər cür ixtiyar verməklə vətəndaşların hüquqlarını kobud şəkildə pozur, narazılıq edənləri “qoçuları” vasitəsilə susdurur. Hətta hər küçədə və döngədə “Mən Bəylər Eyyubovun qohumuyam” – şüarını təbliğ edən icra başçısı “Sumqayıt kurd mafiyasının mərkəz şəhəri olacaq” deməkdən belə çəkinmir.
Bu məmurun qohumlarına verdiyi qanunsuz səlahiyyətlər indi onun özünə problemlər yaratmaqdadır. İcra başçısının sevimli qudası, can- ciyəri və dövlət əmlakının mənimsənilməsində əsas şəriki olan Akif Zeynalovun Sumqayıt bulvarında gedən tikinti işlərinə rəhbər təyin olunması heç kimi təəcübləndirməmişdi. Milyonlarla ayrılan dövlət vəsaitini qudasız yemək və ya mənimsəmək Zakir Fərəcova yaraşmazdı. Və qudaların növbəti mənimsəmə əməlliyyatına, hər şeyin yaxşı getdiyi zaman icra hakimiyyətinin qarşısına toplaşan fəhlələr maneçilik törətməyə başlayıblar. Səbəb bəllidir. Bir müddət əvvəl mətbuatda yayılan məlumatda qeyd olunurdu ki, Zakir Fərəcov şəhərdəki bütün təmir-tikinti işlərini qudası Akif Zeynalova tapşırıb. Akif Zeynalov isə Sumqayıtın yenidənqurulma işlərini bir müddət əvvələdək həbsxana həyatı yaşamış, o zamanlar medianın gündəmində olan goranboylu iş adamı Müqayis Verdiyevə həvalə edib. Bildirək ki, Müqayis Verdiyev bir neçə il öncə Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilmişdi. Bir neçə illik həbs həyatından sonra isə Müqayis Verdiyev 9 sentyabr 2015 ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.
Həbsdən azad olunduqdan sonra Müqayis Verdiyev Sumqayıt şəhərində təmir-tikinti işlərinə girişib. Onun bu şəhərdəki pul silmə əməliyyatında önəmli rol almasında isə Zakir Fərəcovun qudası Akif Zeynalovun böyük xidməti olub.
Müqayis Verdiyevin Sumqayıtda gördüyü işlər Zakir Fərəcovun xoşuna getməyb. Buna səbəb isə iş adamının icra başçısına “atmasıdır”.
Vəziyyəti ağırlaşdıran digər fakt isə hər gün Sumqayıt icra hakimiyyətinin qarşısına etirazçıların yığışması və maaşlarını tələb etmələridir. Icra başçısı və can – ciyər quda Akif Zeynalovun onların 3 aylıq maaşlarını yeməsi narazılıqların səngiməyəcəyini göstərir. Zakir Fərəcovun bu özbaşnalığı Sumqayıtda vətəndaşları iqtidardan narazı salmağa xidmət edir desək yanılmarıq. Eldar Mahmudov və Akif Çovdarovun yaxın dostu görəsən onların qisasını kimdən almaq istəyir?

Xeberdar.net olaraq yazıda adı çəkilən şəxsləri dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.

Xeberdar.net

İcra başçısı Zakir Fərəcov iş adamlarını və fəhlələri necə aldadıb? - Milyonlar mənimsənib

  • 13-10-2016, 19:10
  • 661


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şənbə günü üçün hava proqnozu açıqlandı
  10. Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI