ABŞ-da “Üzeyir Hacıbəyli Günü” elan olundu

ABŞ-da “Üzeyir Hacıbəyli Günü” elan olundu

Santa-Monika Hollivud ulduzlarının yaşadığı şəhər kimi tanınır.

Azərbaycan klassik musiqisinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının tanınmış şəhərlərindən olan Santa-Monika şəhəri tərəfindən xüsusi gün elan olunub.

Xeberdar.net bildirir ki, bu barədə Oxu.Az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Belə ki, şəhərin meri Kevin Makkion (Kevin McKeown) tərəfindən xüsusi bəyannamə imzalanaraq, 18 sentyabr 2015-ci il tarixinin “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağı bəyan edilib.

Qeyd edək ki, Los-Anceles şəhərinin qonşuluğunda yerləşən Santa-Monika şəhəri bir çox Hollivud ulduzlarının və rejissorlarının yaşadığı şəhər kimi tanınır.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna təqdim olunmuş bəyannamədə, Ü.Hacıbəylinin Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanaraq, onun ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında Şərq və Qərb musiqisinin çalarlarını özündə birləşdirən yeni bir janr yaratdığı diqqətə çatdırılır.

Ölməz bəstəkarın milli musiqimizə verdiyi töhfələrlə yanaşı, onun jurnalist, müəllim və tərcüməçi kimi Azərbaycan maarifçiliyində oynadığı roldan bəhs edilərək, Ü.Hacıbəylinin bu istiqamətdəki fəaliyyətinin ölkə sərhədlərini aşaraq bütün Avrasiyada insanların tərəqqisinə işıq saçdığı qeyd olunur.

Həmçinin, Ü.Hacıbəylinin İslam dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının (ADR) formalaşmasında önəmli rol oynadığı və Azərbaycanın ilk himninin müəllifi olduğu xüsusi vurğulanır.

Eləcə də, bəyannamədə dahi bəstəkarın müsəlman dünyasında ilk opera və operettanın müəllifi olduğu qeyd olunaraq, dünya şöhrətli “Arşın Mal Alan” operettası və filmi barədə məlumat verilir və bu səpkidə filmin rənglənmiş versiyasının sentyabrın 19-da ABŞ-da ilk dəfə olaraq Los-Ancelesdə nümayiş etdiriləcəyi bildirilir.

ABŞ-da “Üzeyir Hacıbəyli Günü” elan olundu

  • 3-09-2015, 11:09
  • 783


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI