Azərbaycan filosofu İstanbulda İslam dünyasıyla bağlı simpoziuma qatılıb-Fotolar

Azərbaycan filosofu İstanbulda İslam dünyasıyla bağlı simpoziuma qatılıb-Fotolar
2016-cı il oktyabrın 10-12-də Türkiyənin İstanbul şəhərində Türk Ocaqları İstanbul şöbəsi tərəfindən təşkil olunmuş “Günümüz İslam Dünyasında məsələlər və həlli yolları” mövzusunda beynəlxalq simpozium keçirilib. Həmin simpoziumda Azərbaycanı təmsil edən AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, Təfəkkür Universitetinin dosenti Faiq Ələkbərov bildirib ki, simpoziumda bütün müsəlman ölkələrinin elm adamları, o cümlədən filosoflar və ilahiyyatçılar iştirak ediblər.Simpozumun ana mövzusu İslam dünyasının bu gün yaşadığı problemlər və ondan çıxış yolları olub. Özəlliklə, Xristian dünyasıyla müqayisədə İslam dünyasının yaşadığı böhranlar, o cümlədən savaşlar və onun nəticələri müzakirə olunub. Simpoziumda CHP-nin lideri Kamal Kılıçdaroğlu, Əski Diyanət İşləri sədri Əli Bardakoğlu, Türk Ocakları İstanbul şöbəsinin başqanı Cezmi Bayram, prof, Süleyman Dönməz, prof. Özcan Taşçı, prof,.Sıddık Korkmaz, prof. Ali Coşkun, prof. Mustafa Təkin, prof. İlhami Güler, prof. Mehmet Evkuran və başqaları maraqlı mövzularla çıxış ediblər.

Simpoziumda “Türk-İslam Dünyasının Yeni Çözüm Yolu: Türklük, İslamlıq və İnsanlıq” mövzusunda çıxışı edən F.Ələkbərov əsas diqqəti İslam diniylə onu qəbul edən üç böyük millətin, yəni türklərin, ərəblərin və farsların münasibətlərinə həsr edib. Azərbaycan filosofunun fikrincə, milli və dini duyğular həmiş yanaşı mövcud olmuşdur. Ancaq milli və dini duyğuları insanlıq düşüncəsindən kənara çıxaranlar İslam dünyasında bölücülüyə xidmət etmişlər. Azərbaycan aliminə görə, Türklər isə İslamı qəbul etməklə yanaşı həmişə milli kimliklərini onunla bütünləşdirməyə çalışmışlar. Onun fikrincə, İslam dinini özünə doğma hesab edən türklər heç zaman dini duyğulardan milli maraqları naminə istifadə etməyə çalışmamışlar. Sadəcə, burada türklük və islamlığın birlikdə insanlığa xidmət etməsi ön planda olmuşdur.

Azərbaycan filosofunun fikirləri simpozium iştirakçıları tərəfindən maraqla qarşılanmış və disskusiyalara səbəb olmuşdur.
Xeberdar.net

Azərbaycan filosofu İstanbulda İslam dünyasıyla bağlı simpoziuma qatılıb-Fotolar
Azərbaycan filosofu İstanbulda İslam dünyasıyla bağlı simpoziuma qatılıb-Fotolar
Azərbaycan filosofu İstanbulda İslam dünyasıyla bağlı simpoziuma qatılıb-Fotolar
Azərbaycan filosofu İstanbulda İslam dünyasıyla bağlı simpoziuma qatılıb-Fotolar

Azərbaycan filosofu İstanbulda İslam dünyasıyla bağlı simpoziuma qatılıb-Fotolar

  • 14-10-2016, 17:36
  • 521


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  3. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  4. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
  5. Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
  6. Yanğın və Səbəbləri
  7. Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"
  8. Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda
  9. Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
  10. Məşhur əxlaqsızlıq yuvasını işlədənlər hakim qarşısında- ikisi qardaşdı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI