Gəncədə 46 yaşlı kişi bıçaqlandı

Gəncədə 46 yaşlı kişi bıçaqlandı

Hazırda yaralının üzərində cərrahiyyə əməliyyatı aparılır.


Bu gün saat 10 radələrində Gəncədə bıçaqlanma baş verib. Hadisə şəhərin Nizami rayonunda qeydə alınıb.

Gəncə şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, şəhərin Ordubadi küçəsi 89 ünvanında yaşayan 1969-cu il təvəllüdlü Rövşən İsmayıl oğlu Nağıyev bıçaqlanıb. Yaralını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrəhiyyə şöbəsinə yerləşdiriblər.

Xəstəxanadan verilən məlumata görə, hazırda yaralının üzərində cərrahiyyə əməliyyatı aparılır.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırmalar aparılır. Hazırda polis hadisənin kim tərəfindən törədilməsini araşdırmaq üçün bıçaqlanan şəxsi dindirir.

İki gün əvvəl də Gəncədə bıçaqlanma qeydə alınmışdı. Şəhərin Heydər Əliyev küçəsində yaşayan 1951-ci il təvəllüdlü Hatəm Qurban oğlu İmamıyev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilmişdi. /Xeberdar.net/

Gəncədə 46 yaşlı kişi bıçaqlandı

  • 3-09-2015, 11:46
  • 956


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  4. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  5. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  6. TOFİQ YAQUBLU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ - Siyasi partiyalar tərəfindən
  7. 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə
  8. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  9. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  10. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI