Oqtay Gülalıyev barəsində cinayət işi xətm olundu

Oqtay Gülalıyev barəsində cinayət işi xətm olundu
«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev barəsində 4 il əvvəl başlanmış cinayət işinə xitam verilib.

Bu barədə məlumatı Hökumət – Vətəndaş Dialoqu Platformasının koordinatoru, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvü Əlmməmməd Nuriyev verib.

Ə.Nuriyevin sözlərinə görə dünən Sabirabad Rayon Polis Şöbəsinə dəvət olunan Oqtay Gülalıyevə bu barədə məlumat verilib.

Xatırladaq ki, O.Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabadın Minbaşı kəndində saxlanılmış və inzibati qaydada 12 sutkalıq həbs cəzası almışdı. Ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılmışdı.

Sabirabad Rayon Məhkəməsi O. Gülalıyev barəsində 2 ay həbs-qətimkan tədbiri seçmiş və o Bakıya - İstintaq Təcridxanasına göndərilmişdi. Amma 2012-ci ilin iyun ayının 13-də Sabirabad Rayon Məhkəməsi həbs-qətimkan tədbirinin ləğv olunması və Oqtay Gülalıyevin məhkəmə zalından azadlığa buraxılması barədə qərar vermişdi.

Oqtay Gülalıyev eyni zamanda 2016-cı ildə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvü seçilib.(Virtualaz.org)

Oqtay Gülalıyev barəsində cinayət işi xətm olundu

  • 23-10-2016, 17:56
  • 409


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI